ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlıq daha da gücləndirilir
ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Baş icraçı direktoru Ben Blek ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə investisiya imkanlarının müzakirəsi üçün Bakıya səfər edib "Report" xəbər verir ki, bu barədə A

ABŞ Beynəlxalq İnkişafın Maliyyələşdirilməsi Korporasiyasının (DFC) Baş icraçı direktoru Ben Blek ABŞ-Azərbaycan Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə investisiya imkanlarının müzakirəsi üçün Bakıya səfər edib "Report" xəbər verir ki, bu barədə ABŞ-nin Azərbaycandakı səfirliyi məlumat yayıb Bildirilib ki, Ben Blek səfər zamanı Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, iqtisadiyyat naziri Mikayıl Cabbarov, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, eləcə də özəl sektor nümayəndələri ilə görüşərək qarşılıqlı maraq doğuran əsas sahələrdə investisiya və tərəfdaşlıq imkanlarını müzakirə edib Ben Blekin səfəri iyunun 2-də keçirilmiş ilk ABŞ-Azərbaycan İqtisadi Dialoqunun davamı olmaqla yanaşı, fevral ayında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasının həyata keçirilməsi istiqamətində atılan növbəti mühüm addımı əks etdirir Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


