Tenqri
Ana Səhifə
Dünya

Ağ Ev: Tramp İranın 10 maddəlik planını rədd edib

ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi ilkin təklif planını qəbul etməyib Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlama verib Onun sözlərinə görə, İran əvvəlcə 10 maddədən ibarət plan təqdim edib, lakin bu sənəd “tamamilə qeyri-ciddi və qəbuledilməz”

0 baxışmodern.az
Ağ Ev: Tramp İranın 10 maddəlik planını rədd edib
Paylaş:

ABŞ Prezidenti Donald Tramp İranın təqdim etdiyi ilkin təklif planını qəbul etməyib Modern.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livit açıqlama verib Onun sözlərinə görə, İran əvvəlcə 10 maddədən ibarət plan təqdim edib, lakin bu sənəd “tamamilə qeyri-ciddi və qəbuledilməz” hesab olunaraq Tramp və onun danışıqlar komandası tərəfindən rədd edilib Livit bildirib ki, bəzi media orqanları bu planın ABŞ üçün məqbul olduğu barədə yanlış məlumat yayıb və bu, həqiqəti əks etdirmir Açıqlamada qeyd olunub ki, sonradan İran daha “realist və qısa” yeni plan təqdim edib. ABŞ tərəfi bu təklifin 15 maddəlik öz planları ilə uyğun gəldiyini və danışıqlar üçün əsas kimi qəbul oluna biləcəyini düşünür Ağ Ev rəsmisi vurğulayıb ki, Trampın “qırmızı xətləri”, xüsusilə İranın öz ərazisində uranın zənginləşdirilməsinin dayandırılması tələbi dəyişməz olaraq qalır O əlavə edib ki, ABŞ Prezidentinin İranın istəklər siyahısını olduğu kimi qəbul edəcəyi ilə bağlı iddialar “tamamilə absurddur”

Kaynak: modern.az

Diğer Haberler