"5 mərhələdən ibarət yarış Azərbaycanın 21 şəhərindən keçəcək” - Sahib Ələkbərov:
“Əvvəllər Azərbaycanda belə beynəlxalq yarışlar uğurla keçirilib. Sonradan müəyyən problemlər səbəbindən təəssüf ki dayandırılmışdı. Bu il yarışları bərpa etmək fürsəti tapdıq. İşğal altında olan torpaqları azad etdik. Qərara gəldik ki, yarışın coğrafiyasını genişləndirək və yarışı Bakıda başlayıb X

“Əvvəllər Azərbaycanda belə beynəlxalq yarışlar uğurla keçirilib. Sonradan müəyyən problemlər səbəbindən təəssüf ki dayandırılmışdı. Bu il yarışları bərpa etmək fürsəti tapdıq. İşğal altında olan torpaqları azad etdik. Qərara gəldik ki, yarışın coğrafiyasını genişləndirək və yarışı Bakıda başlayıb Xankəndidə bitirək. 5 mərhələdən ibarət yarış Azərbaycanın 21 şəhərindən keçəcək. Azərbaycanın hər bir bölgəsində bu yarışı keçirmək imkanımız var. Növbəti illərdə yarışın Kəlbəcərdə də keçirilməsi planlaşdırılır" 525.az xəbər verir ki, bu sözləri Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışının Təşkilat Komitəsinin sədri Sahib Ələkbərov deyib Mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran S.Ələkbərov yarışdakı komandalar barədə də danışıb: “Bu cür yarışlarda maksimum 25 komandanın iştirakına icazə verilir. Biz daha çox komandanı nəzərdən keçirirdik. Məqsəd ən güclülərin turnirə qatılması idi. Lakin beynəlxalq vəziyyətə görə bir sıra komandaların yarışda iştirakı baş tutmadı və belədə, onları başqaları ilə əvəzlədik. Yarışda 20 ölkəni təmsil edən 24 komanda mübarizə aparacaq” O, turnirdə yarışacaq Azərbaycan komandasından da söz açıb: “Əvvəl çox gözəl komandamız var idi. Yaradılandan 3 il sonra özünü bütün dünyaya tanıtdırdı. Dünya reytinqində ilk dördlükdə idi. Təəssüf ki, sonradan həmin kollektiv dağıldı. Komanda yaratmaq bir ilin işi deyil. Qərara gəldik ki, bu il turnirdə milli ilə çıxış edək. Bu komanda bir çox yarışlarda iştirak edib və müəyyən təcrübəyə malikdir. Hazırda bütün imkanlarımızı səfərbər etmişik. Həmçinin xarici ölkələrdən mütəxəssislər cəlb etmişik. Bölgələrdə bölmələrimiz var” Qeyd edək ki, mayın 10-da start götürəcək Bakı-Xankəndi Azərbaycan Velosiped Yarışında dünyanın 20 ölkəsini təmsil edən 24 komanda iştirak edəcək. 5 gün davam edəcək yarışın əsas məqsədi Azərbaycanda velosiped idmanının inkişafına töhfə vermək, ölkəmizin beynəlxalq idman arenalarında nüfuzunu daha da artırmaq və regionun idman turizmi potensialını tanıtmaqdır


