İstifadə Şərtləri

Profil adın geri alına bilər mi?

Profil adınız istisna hallar xariç olmaqla heç bir şəkildə geri alına bilməz. Azərbaycan Respublikasının və Etik normalarını pozmadığınız təqdirdə heç bir şəkildə profiliniz bağlana və ya geri alına bilməz.

- İstisna hallar:

  • Rəsmi bir quruma aid olan istifadəçi adını aldıqda, sözü gedən rəsmi qurum o adı almaq üçün Tenqri.com'a rəsmi sənədlər təqdim etdikdə sizin profil adınız sizdən alınaraq həmən rəsmi quruma verilə bilər.
  • Xarici sosial şəbəkələrdə kütləyə sahib olan bir profilin ad və logosunu götürərək bir profil açmısınızsa Tenqri.com'a şikayət daxil olmadığı müddətcə bu profil sizə aid olaraq qalır. Əgər adı keçən kütlə sahibi istifadəçi şərtlərinin pozulduğunu qeyd edən bir sənəd və lazimi sübutları gətirərsə həmən profil bağlanaraq kütlə sahibi səhifəyə təhvil verilir.

Mesajlarımı başqa biri görə bilərmi?

Tenqri.com'da mesajlaşan heç bir şəxsin mesajları, şəkilləri, səs yazıları və heç bir məlumatı heç kim tərəfindən görülə bilməz. Tenqri.com istifadəçisi olduğunuz halda bu məlumatların qorunmasında Tenqri.com məsuliyət daşıyır!

Profilim oğurlandı nə edə bilərəm?

Profiliniz oğurlandığı təqdirdə əvvəlcə email ilə şifrə yenilənməsi istəyib profilinizi geri qaytarmağı yoxlamalısınız. Əgər bu işə yaramazsə Bizimlə Əlaqə səhifəsindən bizə yaza bilərsiniz. Dəstək xidmətimiz sizə kömək etməkdən qürür duyacaqdır!