Tenqri
Ana Səhifə
Dünya

Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı Məkkə şəhəri, Kəbə və Məscidül-Həramın memarlıq və şəhərsalma problemlərinə, onların tarixən inkişafına həsr olunub. Kitab üç hissədən ibarətdir. Birinci hissə təkcə müqəddəs Məkkə şəhərinə həsr olunub, ikinci hissədə Kəbədən söhbət açılır

0 baxışazertag.az
Zərnaz İmanzadə: Kitabın rus dilində variantı öz nəşrini gözləyir
Paylaş:

“İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabı Məkkə şəhəri, Kəbə və Məscidül-Həramın memarlıq və şəhərsalma problemlərinə, onların tarixən inkişafına həsr olunub. Kitab üç hissədən ibarətdir. Birinci hissə təkcə müqəddəs Məkkə şəhərinə həsr olunub, ikinci hissədə Kəbədən söhbət açılır, üçüncü hissədə isə möhtəşəm Məscidül-Həram haqqında yazılıb. Oxucular kitabdan çox məlumatlar ala bilərlər. Həm həmin şəhərlərin inkişafı, onların simasını formalaşdıran memarlıq abidələri haqqında, həm onların evləri, məhəllələri, XIX əsrdə Məkkə şəhərində olan bazarlar barəsində kifayət qədər məlumat yer alıb. Yəni bu kitab şəhərsalma problemləri ilə məşğul olanlar və memarlar üçün maraqlıdır Bunu AZƏRTAC-a açıqlamasında “İslamın müqəddəs mərkəzi – şəhərsalma və memarlıq” kitabının müəllifi, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Memarlıq və İncəsənət İnstitutunun memarlıq abidələrinin qorunması və bərpası problemləri şöbəsinin elmi işçisi Zərnaz İmanzadə deyib "Kitabın yazılması çox da asan olmadı. Onun yazılması zamanı mən əfsanələrdən də istifadə etmişəm. Ümumiyyətlə, mənim üçün bir insan, bir müsəlman qadını kimi qarşıma nə maraqlı məqam çıxmışdısa, onların hamısını sadəcə sistemə salaraq kitabda göstərmişəm. Kitabın rus dilində variantı isə hələ öz nəşrini gözləyir", - deyə Z.İmanzadə bildirib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler