Zərifə Quliyeva: “Qəhrəmanlıq zirvəsi” kitabını 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram
Milli Qurtuluş Günü və Zəfər Günü xalqımızın ən əziz bayramlarındandır. Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Ümummilli Liderin uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkəmiz ağır sınaqlardan, od-alov içindən xilas olub. Zəfər Günümüz isə Prezident, Müzəffər A

Milli Qurtuluş Günü və Zəfər Günü xalqımızın ən əziz bayramlarındandır. Milli Qurtuluş Günü Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Çünki məhz Ümummilli Liderin uzaqgörən siyasəti və qətiyyəti sayəsində ölkəmiz ağır sınaqlardan, od-alov içindən xilas olub. Zəfər Günümüz isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, siyasi iradəsi və liderliyi nəticəsində qazanılmış böyük tarixi Qələbənin təntənəsidir. Bu iki bayram xalqımız üçün əziz və dəyərlidir. Mənim indiyədək çoxlu kitablarım nəşr olunub. Lakin bu dəfə düşündüm ki, Milli Qurtuluş Gününə ən gözəl hədiyyə nə ola bilər? Qərara gəldim ki, şəhidlərimiz və qazilərimiz haqqında yazım, onların qəhrəmanlıq salnaməsini qələmə alım ki, tarixdə əbədi yaşasınlar. Onsuz da onlar yaşayan tarixdirlər. Azərbaycan var olduqca, şəhidlərimizin və qazilərimizin xatirəsi daim uca tutulacaq, onlar heç vaxt unudulmayacaqlar Bunu AZƏRTAC-a açıqlamasında “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, Yeni Azərbaycan Partiyasının Veteranlar Şurasının üzvü Zərifə Quliyeva müəllifi olduğu “Qəhrəmanlıq zirvəsi” kitabı ilə bağlı danışarkən deyib O bildirib ki, təqdim etdiyi bu nəşr qəhrəmanlar haqqında hazırladığı kitabın ilk cildidir: “Kitabı ümumilikdə 10 cilddə ərsəyə gətirməyi planlaşdırıram. Arzum idi ki, Milli Qurtuluş Gününə belə bir töhfə verim və çox şükür ki, bu arzum gerçəkləşdi. Kitabın təqdimat mərasiminə şəhid analarını və qazilərimizi dəvət etmişəm. Mən və rəhbərlik etdiyim ictimai birlik daim şəhid ailələri və qazilərlə sıx təmasdayıq. Tez-tez onların evlərində qonaq olur, həyat hekayələri ilə yaxından tanış oluruq. Görürəm ki, onlar evlərinin bir guşəsində övladlarının xatirəsini yaşatmaq üçün kiçik muzeylər yaradıblar. Mən də istədim ki, bu kitab həmin guşələrdə öz yerini tutsun, onların övladlarının qəhrəmanlığının gələcək nəsillərə çatdırılmasına bir töhfə olsun. Beləliklə, ailələr hiss etsinlər ki, onların qəhrəman övladları yalnız öz evlərində deyil, xalqın yaddaşında da yaşayır” 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


