Tenqri
Ana Səhifə
Dünya

“Zəngilandan verilən mesajlar Ermənistan üçün yol xəritəsi olmalıdır” – Politoloq

“Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər gündəm müəyyənləşdirən fikirlərdir. O baxımdan ki, bu gün dünyada və regionda gedən proseslər fonunda ifadə edilən hər bir fikir Azərbaycanın keçmiş acı təcrübəsinə nəzər salmaqla indiki və gələcək mövqeyi ilə bağlı aydın yanaşma ortaya qoy

0 baxış525.az
“Zəngilandan verilən mesajlar Ermənistan üçün yol xəritəsi olmalıdır” – Politoloq
Paylaş:

“Prezident İlham Əliyevin Zəngilanda səsləndirdiyi fikirlər gündəm müəyyənləşdirən fikirlərdir. O baxımdan ki, bu gün dünyada və regionda gedən proseslər fonunda ifadə edilən hər bir fikir Azərbaycanın keçmiş acı təcrübəsinə nəzər salmaqla indiki və gələcək mövqeyi ilə bağlı aydın yanaşma ortaya qoyur” Bu barədə 525.az-a politoloq Şəbnəm Həsənova deyib O bildirib ki, dövlət başçısı öz çıxışında həm Azərbaycanın siyasi, diplomatik, hərbi uğurlarından söz açdı, eyni zamanda, Zəngilanda, Cəbrayılda və bütövlükdə Qarabağda gedən bərpa və quruculuq prosesi ilə Azərbaycanın iqtisadi potensialı, gələcək inkişaf perspektivlərini də nümayiş etdirdi “Habelə, dövlət başçısı son dərəcə önəmli aspekt olan ideoloji amilə də vaxtında və dəqiqliklə toxundu. Məhz bu aspektin önəmini nəzərə alaraq vurğulamaq istərdim ki, xüsusilə sülh prosesinin irəlilədiyi bir zamanda, Ermənistanda daxili durumun mövcudluğu və Azərbaycana qarşı revanşist fikirlərin səsləndirildiyi bir məqamda ölkə liderinin cəmiyyəti ideoloji baxımdan möhkəm olmağa səsləməsi, tarixi gələcək nəsillərə aşılamaq tapşırığını qarşımızda qoyması son dərəcə mühüm amildir”, - politoloq əlavə edib O bildirib ki, dövlət başçısı Qələbə meydanında “İskəndər-M”, “Skad” raketlərinin adını çəkdi, həmçinin ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələrinin nə qədər güclü, nüvə dövlətləri olduqlarını, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduqlarını bir daha diqqətə çatdırdı ki, biz çox böyük güclərlə baş-başa gəlmişik: “Bu, inkarolumaz fakt reallığında heç bir mübaliğə olmaz ki, bizim Ali Baş Komandanımız məhz bu cür qüvvələrə qalib gəlib. Müzəffər Ali Baş Komandan İlham Əliyev qan tökmədən Kəlbəcəri, Laçını, Ağdamı azad etdi. Elə birinci Ermənistan Azərbaycan liderinə minnətdar olmalıdır ki, vaxtında hərbi əməliyyatlar dayandırıldı. Ermənistan isə xoşluqla deyil, ultimatumdan sonra çıxdı və Azərbaycan ikinci dəfə Ermənistana sarsıdıcı zərbə vurdu. Beləliklə də Azərbaycan dünyada mövcud olan separatçı yuvalardan birini dağıtdı. Bu, tariximizin qürur duyulmalı məqamı, səhifəsidir Ermənistan bununla kifayətlənmədi, torpaqlarımızı zəhərlədi, münbit torpaqlarımız yararsız hala düşdü. Bu baxımdan dövlət başçısı bildirir ki, həmin bu torpaqların bərpası üçün bizə illər lazımdır. Bu reallıq fonunda yürüdülən siyasət bəllidir. Bir tərəfdə yıxıcı, dağıdıcı, zərərverici Ermənistan, onun işğal siyasəti, digər tərəfdə isə sülh quruculuğu yolunda əzmlə irəliləyən, bərpa edən, quran, yaradan və yaraları sağaldan Azərbaycan tərəfi dayanır” Politoloq hesab edir ki, Zəngilandan verilən mesajlar, Ermənistan xalqı üçün yaddaş kitabçası və strateji yol xəritəsi olmalıdır. Çünki məhz Zəngəzur dəhlizi açıldıqdan sonra Zəngilan faktiki olaraq iki ölkə ilə sərhəd-keçid məntəqəsi olan yeganə rayon olacaq: “Bu, sadəcə fiziki baxımdan deyil, bir neçə istiqamətdən baxdıqda strateji əhəmiyyətli bir məsələdir. Bu region Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin ayrılmaz bir parçası olacaq. Ermənistanın dünya iqtisadiyyatına, siyasətinə inteqrasiyası da məhz buradan başlayacaq. Odur ki, vaxtilə Ermənistanın Cəbrayıla yol çəkmək xəyalları bu gün Azərbaycanın yaratdığı reallıqda və sayıq halda öz əksini tapır”

Kaynak: 525.az

Diğer Haberler