Zəngilandan dünyaya verilən mesaj: Regionda sülhün və inkişafın əsas təminatçısı Azərbaycandır
2026-cı ilin 10 may tarixi "Böyük Qayıdış" proqramı çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Bu tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilana reallaşan səfəri təkcə növbəti infrastruktur baxışı deyil, dövlətimizin milli yaddaş və gələcək hədəflərini birləşdirən strateji mesajdır. Bu səfərin

2026-cı ilin 10 may tarixi "Böyük Qayıdış" proqramı çərçivəsində xüsusi əhəmiyyət kəsb edir. Bu tarixdə Azərbaycan Prezidenti İlham Əliyevin Zəngilana reallaşan səfəri təkcə növbəti infrastruktur baxışı deyil, dövlətimizin milli yaddaş və gələcək hədəflərini birləşdirən strateji mesajdır. Bu səfərin müasir müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin doğum günündə reallaşması da təsadüfi deyil və ona əlavə rəmzi məna qatır. Bu isə sübut edir ki, səfər Ulu Öndərin ən böyük vəsiyyətinin gerçəkləşməsinin və Şərqi Zəngəzurun yenidən doğulmasının təntənəsidir Zəngilan bu gün Zəngəzur dəhlizinin üzərində yerləşməsi ilə təkcə regionun logistika qovşağı sayılmır. Bu ərazinin inkişafı, yenidən qurulması həm də Azərbaycanın sarsılmaz iradəsinin və quruculuq qüdrətinin dünyada tanınmasıdır Ulu Öndərin ən böyük arzusu və amalı doğma torpaqlarımızın işğaldan azad edilməsi, azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması, Şərqi Zəngəzurun və Qarabağın hər guşəsində üçrəngli bayrağımızın dalğalanması idi. Müzəffər Ali Baş Komandan İlham Əliyev bu vəsiyyətə sadiq qalaraq rəşadətli Azərbaycan ordusunun qəhrəmanlığı sayəsində torpaqları işğaldan azad etdi. Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərin dərhal ardınca işğaldan azad edilmiş torpaqlarda dünya hərb və quruculuq tarixində analoqu olmayan genişmiqyaslı bərpa işlərinə start verildi. Azərbaycan dövləti otuz illik dağıntıların izini silmək üçün bütün resurslarını səfərbər edərək bu əraziləri yenidən inşa etməyə başladı. Dağıdılmış şəhərlərin və viran qoyulmuş kəndlərin yerində müasir standartlara cavab verən infrastrukturun qurulması, "Ağıllı kənd" və "Ağıllı şəhər" konsepsiyalarının tətbiqi, dövlətimizin həm iqtisadi gücünün, həm də öz vətəndaşına verdiyi dəyərin bariz nümunəsidir Bu gün müasir Azərbaycanın uğurlarını tam anlamaq üçün yaxın tarixə qısaca nəzər yetirmək kifayətdir. 1992-93-cü illərdə yaşanan xaos, səriştəsizlik və daxili çəkişmələr gənc ölkənin müstəqilliyini birbaşa təhlükə altında qoymuşdu. Belə bir çətin vaxtda xalqın təkidi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın dövlətçilik tarixinin dönüş nöqtəsi sayılır. Dahi rəhbərin uzaqgörən siyasəti sayəsində ölkədə daxili sabitlik bərpa edildi, nizami ordunun qurulması istiqamətində həlledici addımlar atıldı və genişmiqyaslı iqtisadi-siyasi islahatlara start verildi. Azərbaycanın beynəlxalq mövqeyinin güclənməsi və enerji strategiyasının uğuru dövlətimizin qüdrətini artıraraq gələcək böyük qələbənin sarsılmaz sütunlarını yaratdı. Bu gün Şərqi Zəngəzurda və Qarabağda ucalan hər bir bina, çəkilən hər bir yol məhz o illərdə qoyulmuş möhkəm təməlin və milli güc faktorunun məntiqi davamıdır. Azərbaycanın regionun ən güclü dövlətinə çevrilməsi təsadüf deyil, Heydər Əliyev məktəbinin və bu yolu zəfərə daşıyan İlham Əliyev qətiyyətinin qanunauyğun nəticəsidir Qeyd edək ki, dövlət başçısının Zəngilana səfəri zamanı səsləndirdiyi fikirlər, əslində, regiona və dünyaya yönəlmiş strateji mesajlarla zəngindir. İşğal dövründə xarabalığa çevrilmiş Zəngilanda görülən işləri dünyaya nümayiş etdirən Prezident bəyan edir ki, bölgədə sülhün və inkişafın əsas təminatçısı məhz Azərbaycandır. Regionun logistik imkanları Zəngəzur dəhlizi barədə səslənən fikirlər, bölgənin qlobal ticarət yollarının kəsişməsində yerləşməsi isə onun əhəmiyyətini daha da artırır. Son dövrlər Ermənistanda revanşist qüvvələrin aktivləşməsi fonunda da bu, qəti xəbərdarlıq sayılmalıdır. Azərbaycan öz tarixi torpaqlarında əbədi qərarlaşıb, bölgədə quruculuq işləri aparır və təhlükəsizlik prioritetdir. Onun qarantı qüdrətli Azərbaycan ordusudur. Prezidentin açıqlamaları isə ölkənin müstəqil xarici siyasətinin iqtisadi suverenliyinin və hərbi qüdrətinin təzahürüdür. Bu isə Cənubi Qafqazdakı yeni reallığı, yəni Azərbaycanın diqtə etdiyi sülh, əməkdaşlıq və tərəqqi dövrünün başladığını elan edir. Yəni regionda yeni reallıqlar, yeni dövr başlayıb və hərəkətverici qüvvə, lokomotiv Azərbaycandır Azərbaycan 44 günlük müharibədə zəfəri həm də çox çətin diplomatik cəbhədə qazanıb. Bunu Prezidentin Zəngilandan verdiyi açıqlamalarda da anlamaq mümkündür. 30 il ərzində ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ədaləti bərpa etmək əvəzinə, işğal faktını əbədiləşdirmək, status-kvonu qorumaq üçün fəaliyyət göstərdilər. Hətta BMT-nin icra olunmayan dörd qətnaməsini Azərbaycan savaş meydanında təmin edəndə belə bu güclər Azərbaycana qarşı müxtəlif siyasi təzyiq rıçaqlarını işə salıb Azərbaycanı öz suveren hüquqlarından imtina etməyə, işğalçı ilə kompromisə məcbur etməyə çalışırdılar. Amma uzaqgörən siyasət, Heydər Əliyev irsi və xalqın öz liderinin ətrafında yumruq kimi birləşməsi bu mənfur qüvvələri, qərəzli bəyanatları, diplomatik maneələri puç etdi. İlham Əliyev də bu gün xalqından güc alaraq ən çətin məqamlarda milli maraqlardan bir addım belə geri çəkilmir, dövlətin mənafeyini, xalqın marağını ön planda tutur Bununla belə, Qərbin ikiüzlü siyasəti, Azərbaycanın müstəqil siyasətini həzm edə bilməyən siyasi dairələr bu gün də aktivləşmək, sülh prosesini ləngitmək niyyətini güdürlər. Onlar regionda sülhün memarının Azərbaycan olması, rəsmi Bakının icazəsi olmadan Cənubi Qafqazda heç bir layihədən, stabillikdən söhbət belə gedə bilməcəyi reallığı ilə barışmaq istəmirlər. Bu gün Cənubi Qafqazda yaranmış yeni reallıq və formalaşan sülh gündəmi kənar təşəbbüslərin deyil, birbaşa Azərbaycanın strateji qələbəsinin və siyasi iradəsinin məhsuludur. Regionda uzunmüddətli sabitliyin və təhlükəsizliyin yeganə və əsl müəllifi Azərbaycandır. Prezident İlham Əliyevin Zəngilandan verdiyi mesajlar bir daha təsdiqləyir ki, rəsmi Bakının razılığı və milli maraqları nəzərə alınmadan bu coğrafiyada heç bir sülh formatı və ya iqtisadi layihə mümkün deyil. Azərbaycan artıq şərtləri müəyyən edən və bölgənin gələcək taleyini idarə edən mərkəzdir. Sülhün bərqərar olması üçün Azərbaycanın iradəsi həlledici faktordur. Bu iradə isə ədalətə, beynəlxalq hüquqa və xalqımızın sarsılmaz birliyinə söykənir. Zəngilanın dirçəlişi bu yeni sülh dövrünün ən bariz və geri dönməz sübutudur 4-5 may tarixlərində İrəvana səfər edən bəzi Qərb siyasətçiləri, xüsusilə də Fransa Prezidenti Emmanuel Makronun populist bəyanatları, əslində, Cənubi Qafqazdakı yeni reallıqların, sülh və əməkdaşlıq gündəmi qarşısında acizliyin acı etirafıdır. Bu gün özünü sülhə dəstəkçi kimi təqdim edən Makronun 6 il əvvəl, 44 günlük müharibə dövründə Ermənistan üçün bütün siyasi və diplomatik imkanlarını səfərbər etməsi unudulmayıb. Amma ortada bir həqiqət var və bu gün o həqiqət Zəngilandan bütün dünyaya yayıldı: "Ermənistana nə qədər hərbi, siyasi və ya mənəvi dəstək verilməsindən asılı olmayaraq, Azərbaycanın milli iradəsi və sarsılmaz gücü qarşısında bütün bu cəhdlər nəticəsiz qalmağa məhkumdur" Azərbaycan bu gün öz gücü ilə elə bir reallıq yaradıb ki, heç bir kənar qüvvə bu polad iradəyə təsir edə bilməz. 10 may səfəri xarici qüvvələrə göstərir ki, regionun gələcəyi uzaq paytaxtlarda, soyuq dəhlizlərdə yox, məhz elə burada - Şərqi Zəngəzurda həll edilir. Bu fonda əminliklə demək olar ki, Prezidentin Zəngilanda verdiyi kəskin mesajlar, əslində, bölgədə sülh istəməyən, revanşist qüvvələri dəstəkləyən xarici havadarlar üçün ciddi xəbərdarlıq sayılmalıdır Dövlət başçısı hər zaman olduğu kimi, bu dəfə də xatırlatdı ki, Azərbaycanın Ermənistana qarşı heç bir hərbi planı yoxdur. Aparılan işlər, iki ölkə arasında atılan addımlar, xüsusilə də rəsmi Bakının İrəvana olan tranzit qadağasını ləğv etməsi göstərir ki, Azərbaycan regionda sabitlikdə maraqlıdır və bunun üçün əlindən gələni edir. Lakin Ermənistandakı revanşist qüvvələr və onların havadarları anlamalıdırlar ki, Azərbaycanın suverenliyinə zərrə qədər təhdidin yaranması, Ermənistanı uçuruma və fəlakətə sürükləyə bilər. Bu dəfə nə Makron və onun kimilərin boş vədləri, nə də sərhəddə altı ildir casusluq edən "binokl diplomatiyası" onları xilas edə bilməz. Hər hansı təxribatın nəticəsi bu dəfə erməni xalqı üçün daha ağır olacaq və onları dövlətçilik itkisi ilə üz-üzə qoyacaq Eyni zamanda, bu gün Ermənistanın daxili siyasi mənzərəsi Azərbaycanın qazandığı tarixi zəfərin yaratdığı reallıqların əsarətindədir. 7 iyun parlament seçkiləri ərəfəsində keçirilən təbliğat kampaniyasında ən mühüm amil məhz Azərbaycan faktoru və İlham Əliyev fenomenidir. Radikal müxalifətin Paşinyan hakimiyyətini "Azərbaycan və Türkiyənin maraqlarına xidmət etməkdə" ittiham etməsi, əslində, məğlubiyyəti həzm edə bilməyən cəmiyyətin daxili böhranının təzahürüdür. Ermənistanda seçkilər bir növ "sülh və ya yeni fəlakət" seçiminə çevrilib. Lakin bir həqiqət dəyişməzdir: Ermənistanda hakimiyyətə kimin gəlməsindən asılı olmayaraq, bölgənin taleyini Bakının diktə etdiyi yeni əməkdaşlıq və güclü dövlət iradəsi müəyyən edir Tarixə baxış və faktların analizi bir daha təsdiqləyir ki, Ermənistan heç vaxt müstəqil bir siyasi faktor kimi çıxış edə bilməyib; o, hər zaman kənar güclərin əlində alətə çevrilmiş bir subyekt olaraq qalıb. Yəni, gah Kremlin, gah Brüseelin, gah da digər siyasi güclərin "peşkası" rolunu oynayıb. Bu gün Cənubi Qafqazın gələcəyini müəyyən edən əsas və yeganə faktor isə qüdrətli Azərbaycan dövlətidir. Ermənistan rəhbərliyi də, cəmiyyəti də artıq regionda "kimin kim olduğunu" və güclər nisbətinin kimin xeyrinə dəyişdiyini çox yaxşı anlayır Ermənistanın bir dövlət kimi mövcudluğu, Paşinyan hakimiyyətinin və bütövlükdə bu ölkənin gələcək perspektivləri birbaşa İlham Əliyev faktorundan, rəsmi Bakının iradəsindən və Azərbaycanın təklif etdiyi sülh gündəminə sadiqlikdən asılıdır. İrəvanda hər kəs başa düşməlidir ki, Bakı ilə qurulacaq real və sağlam münasibətlər onların yeganə çıxış yoludur. Azərbaycanın diktə etdiyi yeni geosiyasi reallığı qəbul etmək Ermənistan üçün seçim deyil, yaşam mübarizəsində sağ qalmağın yeganə şərtidir Prezident İlham Əliyevin Zəngilana etdiyi son səfər bir daha göstərdi ki, Azərbaycan artıq postmüharibə dövrünün təşəbbüskar və istiqamətverici dövlətidir. İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən genişmiqyaslı quruculuq işləri, "Böyük Qayıdış" proqramının uğurla icrası və Şərqi Zəngəzurun sürətli inkişafı dövlətimizin siyasi iradəsinin, iqtisadi gücünün və milli birliyinin parlaq təzahürüdür Bu səfər həm də dünyaya verilən mühüm mesaj idi: Azərbaycan regionda sülhün, sabitliyin və inkişafın əsas təminatçısıdır. Artıq Cənubi Qafqazda yeni reallıqlar formalaşıb və bu reallıqlar Azərbaycanın yaratdığı siyasi, hərbi və diplomatik üstünlük üzərində qurulub Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


