Tenqri
Ana Səhifə
Siyasət

Zəka Muradov: Gələcəkdə xaricdə yaşayan azərbaycanlılar üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır

Gələcəkdə xaricdə yaşayan azərbaycanlılar üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır "Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu "ASAN xidmət"in Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov jurnalistlərə açıqlamasında deyib Onun sözlərinə görə, Səyyar "ASAN xidmət

0 baxışreport.az
Zəka Muradov: Gələcəkdə xaricdə yaşayan azərbaycanlılar üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır
Paylaş:

Gələcəkdə xaricdə yaşayan azərbaycanlılar üçün yeni layihələrin həyata keçirilməsi planlaşdırılır "Report"un Gürcüstan bürosunun məlumatına görə, bunu "ASAN xidmət"in Səyyar xidmətlərin təşkili şöbəsinin müdiri Zəka Muradov jurnalistlərə açıqlamasında deyib Onun sözlərinə görə, Səyyar "ASAN xidmət"in Gürcüstanın paytaxtı Tbilisidə təşkili xaricdə yaşayan Azərbaycan vətəndaşlarının dövlət xidmətlərinə çıxış imkanlarının artırılmasına xidmət edir: "Fəaliyyət coğrafiyasını genişləndirən Səyyar ASAN xidmət" artıq xaricdə yaşayan vətəndaşlarımızı da əhatə etməyə başlayıb. Məqsədimiz Azərbaycan vətəndaşlarının harada yaşamasından asılı olmayaraq dövlət xidmətlərindən rahat və operativ şəkildə yararlanmasını təmin etməkdir. Əsas hədəflərimizdən biri heç bir vətəndaşın dövlət xidmətlərindən kənarda qalmamasını təmin etməkdir" Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev isə bildirib ki, layihə dövlət xidmətlərinin əlçatanlığının artırılması, şəffaflığın və operativliyin təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır: "Səfirliyin konsulluq bölməsi bir sıra konsulluq xidmətləri göstərsə də, şəxsiyyət vəsiqələrinin və sürücülük vəsiqələrinin verilməsi və ya dəyişdirilməsi kimi xidmətlər səlahiyyətlərimizə aid deyil. "ASAN xidmət" modelinin xaricdə tətbiqi Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin xaricdə yaşayan soydaşlara göstərdiyi diqqət və qayğının növbəti təzahürüdür" Diasporla İş üzrə Dövlət Komitəsi Aparat rəhbərinin müavini Adil Hüseynov da vurğulayıb ki, layihə dövlət başçısının tapşırıqları əsasında xaricdə yaşayan soydaşlara xidmətlərin daha əlçatan şəkildə çatdırılması məqsədilə həyata keçirilən növbəti təşəbbüslərdən biridir: "Bundan əvvəl də qardaş Türkiyədə orada yaşayan vətəndaşlarımızın pasportlarının verilməsi, şəxsiyyət vəsiqələrinin təqdim olunması və dəyişdirilməsi kimi proseslər həyata keçirilib. Gələcəkdə də xaricdə yaşayan azərbaycanlılara xidmətlərin genişləndirilməsi istiqamətində yeni layihələrin icrası planlaşdırılır. İnanıram ki, bundan sonra da bu layihələr davam edəcək və dövlətimiz öz vətəndaşları üçün daha uğurlu layihələrin həyata keçirilməsini təmin edəcək" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler