Zidan Fransanın yox, Əlcəzairin oyununa gedəcək
Fransa millisinin sabiq futbolçusu və “Real” Madridin keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2026-da Fransa - Seneqal oyununu stadiondan izləməyəcək 525.az xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb Mənbənin iddiasına görə, Zidan iyunun 16-da keçiriləcək Fransa - Seneqal matçı əvəzinə Arge

Fransa millisinin sabiq futbolçusu və “Real” Madridin keçmiş baş məşqçisi Zinəddin Zidan DÇ-2026-da Fransa - Seneqal oyununu stadiondan izləməyəcək 525.az xəbər verir ki, bu barədə “Actu Foot” məlumat yayıb Mənbənin iddiasına görə, Zidan iyunun 16-da keçiriləcək Fransa - Seneqal matçı əvəzinə Argentina - Əlcəzair qarşılaşmasına yollanacaq Buna səbəb isə onun oğlu Luka Zidandır. Bildirilir ki, Zinəddin Zidan Əlcəzair millisinin formasını geyinən oğlunun oyununu canlı izləmək istəyir Qeyd edək ki, Argentina və Əlcəzair milliləri DÇ-2026-nın J qrupunun ilk turunda üz-üzə gələcəklər. Luka Zidanın bu görüşdə meydana çıxıb-çıxmayacağı isə hələlik məlum deyil


