Zidan dünya çempionatları tarixində bir final matçında başla 2 qol vuran yeganə futbolçudur
Zinəddin Zidan dünya çempionatları tarixində bir final matçında başla 2 qol vuran yeganə futbolçudur "Report" FIFA-ya istinadən xəbər verir ki, fransalı sabiq yarımmüdafiəçi bunu 1998-ci ildə Braziliyaya (3:0) qarşı görüşdə həyata keçirib O, Emmanuel Petit və Yuri Corkayeffin fərqli cinahlardan kü

Zinəddin Zidan dünya çempionatları tarixində bir final matçında başla 2 qol vuran yeganə futbolçudur "Report" FIFA-ya istinadən xəbər verir ki, fransalı sabiq yarımmüdafiəçi bunu 1998-ci ildə Braziliyaya (3:0) qarşı görüşdə həyata keçirib O, Emmanuel Petit və Yuri Corkayeffin fərqli cinahlardan künc zərbələri ilə ötürdüyü topları rəqib qapısına daxil etməyi bacarıb "Zizu"nun "Stad de Frans" stadionunda 20 dəqiqə ərzində başla vurduğu qollar Fransa yığmasının 1998-ci ildən sonrakı 3 dünya çempionatında qeydə alınan ümumi başla vurulan qollarından daha çox olub. Həmin dövrlərdə eyni şəkildə vurulan digər yeganə qol 2006-cı ildə keçirilən dünya çempionatının 1/8 finalında qeydə alınıb. Belə ki, Fransa millisinin digər üzvü Patrik Vieyra İspaniyaya qarşı oyunda başla fərqlənib Zidan karyerası ərzində Çexiya, Malta və İsveçrə yığmalarına qarşı matçlarda da başla qollar vurub O, həmçinin 2006-cı ildə Almaniyada təşkil olunan dünya çempionatının İtaliya millisinə qarşı final matçda da başla fərqlənməyə yaxın olub. Lakin italiyalı qapıçı Canluici Buffon onun zərbəsinin qarşısını almaqla komandasını qoldan xilas edib Qeyd edək ki, dünya çempionatlarının final qarşılaşmalarında başla 2 qol vuran digər yeganə oyunçu Peledir. Lakin braziliyalı hücumçu buna fərqli turnirlərdə nail olub. O, 1958-ci ildə İsveçə, 1970-ci ildə isə İtaliyaya qarşı keçirilən həlledici matçlarda başla fərqlənib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


