Cənubi Koreya sakinləri pulsuz mobil internet əldə edəcəklər
Cənubi Koreya hakimiyyəti əhali üçün əsas mobil interneti pulsuz edəcək. Qərar ən böyük yerli operatorlar SK Telecom, KT və LG Uplus ilə razılaşdırılıb. Planlaşdırıldığı kimi, müştəri tarifə uyğun olaraq ödənilən trafiki qurtararsa, o, avtomatik olaraq 400 kb/s sürətlə mobil internetə limitsiz çıxış

Cənubi Koreya hakimiyyəti əhali üçün əsas mobil interneti pulsuz edəcək. Qərar ən böyük yerli operatorlar SK Telecom, KT və LG Uplus ilə razılaşdırılıb. Planlaşdırıldığı kimi, müştəri tarifə uyğun olaraq ödənilən trafiki qurtararsa, o, avtomatik olaraq 400 kb/s sürətlə mobil internetə limitsiz çıxışla təmin olunacaq. Axtarış motorlarından, ani mesajlaşma proqramlarından və xəritələrdən istifadə etmək kifayət olmalıdır Baş nazirin müavini, elm və İKT naziri Bae Kyung-hun bildirib ki, vətəndaşlar onlayn xidmətlərdən məhrum qalmamalıdır. O, internetə çıxışın əsas insan hüququ və ölkənin gələcəyinə sərmayə olduğunu vurğulayıb. Yenilik iyun ayına kimi istifadəyə veriləcək və təxminən 7,17 milyon abunəçini əhatə edəcək Bundan əlavə, operatorlar qiyməti 20 min vondan (təxminən 13,5 dollar) çox olmayan sərfəli 5G tariflərini işə salmağı öhdələrinə götürüblər. 65 yaşdan yuxarı yaşlı vətəndaşlar artan trafik və zəng limitləri alacaqlar. Həmçinin metroda və şəhərlərarası qatarlarda Wi-Fi-ın təkmilləşdirilməsi nəzərdə tutulur Baş nazirin müavini həmçinin telekommunikasiya şirkətlərini süni intellekt proqramlarını hər kəs üçün əlçatan etmək üçün təkcə məlumat mərkəzlərinə deyil, şəbəkələrə daha çox sərmayə qoymağa çağırıb Bae Kyung-hun qeyd edib ki, bütün bu tədbirlər 2025-ci ildə baş vermiş və təxminən 27 milyon abunəçiyə təsir edən genişmiqyaslı məlumat sızması fonunda operatorların “ictimai rifah”a sosial töhfəsi kimi qəbul edilir


