Ermənistan sakinlərini “seçki məntəqələrində bomba” ilə hədələyirlər
Ermənistan sakinlərinə xarici telefon nömrələri və e-poçt ünvanlarından zənglər və mesajlar daxil olub, burada bəzi seçki məntəqələrinə bomba qoyulması barədə danışılıb Ermənistan Daxili İşlər Nazirliyi həyəcan təbilinin yalan olduğunu bildirib: "Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbir

Ermənistan sakinlərinə xarici telefon nömrələri və e-poçt ünvanlarından zənglər və mesajlar daxil olub, burada bəzi seçki məntəqələrinə bomba qoyulması barədə danışılıb Ermənistan Daxili İşlər Nazirliyi həyəcan təbilinin yalan olduğunu bildirib: "Hüquq-mühafizə orqanlarının həyata keçirdiyi tədbirlər nəticəsində xəbərlərin həqiqətə uyğun olmadığı üzə çıxıb. Bu cür hərəkətləri hibrid təsir cəhdləri və informasiya-psixoloji təzyiq kimi qiymətləndirmək olar. Məqsədi normal seçki prosesini pozmaq, əhali arasında narahatlıq və inamsızlıq yaratmaq, habelə dövlət orqanlarına inamsızlıq yaratmaqdır" Ermənistan Daxili İşlər Nazirliyi “vətəndaşları dezinformasiyaya uymamağa, yoxlanılmamış məlumatları yaymamağa və bu cür mesajlar aldıqda dərhal hüquq-mühafizə orqanlarına məlumat verməyə” çağırıb


