Təbiət qoruqlarında nəzarət-buraxılış məntəqələri avtomatlaşdırılacaq
Bişkek, 08.06.26. /Xəbərlər/. Qırğızıstanın xüsusi mühafizə olunan təbiət ərazilərində müasir keçid məntəqələri tikiləcək, infrastruktur tamamilə yenilənəcək. Bu barədə məlumatı Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi yayıb Məlumata görə, bununla bağlı Nazirlik ilə “Qırğızquruluşser

Bişkek, 08.06.26. /Xəbərlər/. Qırğızıstanın xüsusi mühafizə olunan təbiət ərazilərində müasir keçid məntəqələri tikiləcək, infrastruktur tamamilə yenilənəcək. Bu barədə məlumatı Təbii Sərvətlər, Ekologiya və Texniki Nəzarət Nazirliyi yayıb Məlumata görə, bununla bağlı Nazirlik ilə “Qırğızquruluşservis” dövlət müəssisəsi arasında müvafiq saziş imzalanıb. Layihənin ümumi məbləği 80 milyon soma yaxındır Müqavilə çərçivəsində tanınmış “Sarı-Çələk” dövlət biosfer qoruğu və “Qırğız-Ata” dövlət təbiət parkında müasir nəzarət-buraxılış məntəqələri tikiləcək. Bundan əlavə, ölkə üzrə daha 16 dövlət təbiət parkı və qoruğunda tam avtomatlaşdırılmış keçid məntəqələrinin quraşdırılması nəzərdə tutulur


