Tenqri
Ana Səhifə
Dünya

Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb

Azərbaycan və Türkiyə arasında uzun illərə dayanan münasibətlər klassik müttəfiqlik anlayışının hüdudlarını aşaraq Avrasiya coğrafiyasında müəyyənedici rol oynayan strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq bu tərəfdaşlığın ən mühüm komponentlərindən biridi

0 baxışazertag.az
Zeynep Özdemir: Azərbaycan-Türkiyə enerji əməkdaşlığı Avrasiyada sabitlik və güc mərkəzi formalaşdırıb
Paylaş:

Azərbaycan və Türkiyə arasında uzun illərə dayanan münasibətlər klassik müttəfiqlik anlayışının hüdudlarını aşaraq Avrasiya coğrafiyasında müəyyənedici rol oynayan strateji tərəfdaşlıq xarakteri daşıyır. İki ölkə arasında enerji sahəsində əməkdaşlıq bu tərəfdaşlığın ən mühüm komponentlərindən biridir. Bu əməkdaşlıq qlobal enerji arxitekturasında yaranan asimmetrik şoklara qarşı formalaşdırılmış ən rasional və dayanıqlı cavab kimi qiymətləndirilə bilər Bu fikirləri AZƏRTAC-a açıqlamasında Siyasi, İqtisadi və Sosial Araşdırmalar Fondunun (SETA) enerji üzrə tədqiqatçısı Büşra Zeynep Özdemir deyib Onun sözlərinə görə, bu münasibəti yalnız Türkiyənin “strateji körpü” və ya “tranzit ölkə” kimi təqdim olunması ilə izah etmək sahədəki real mənzərəni tam əks etdirmir. Bakı və Ankara Bakı–Tbilisi–Ərzurum təbii qaz boru kəməri, Bakı–Tbilisi–Ceyhan neft boru kəməri, eləcə də TANAP və TAP kimi layihələrdən ibarət Cənub Qaz Dəhlizi vasitəsilə təkcə keçid marşrutu deyil, eyni zamanda, regionda bir “enerji güc mərkəzi” formalaşdırıb. Mövcud geosiyasi proseslər, xüsusilə Rusiya–Ukrayna müharibəsindən sonra tədarük zəncirlərində yaranan pozuntular iki ölkənin strateji tərəfdaşlığının və Türkiyənin yaratdığı dəhlizin əhəmiyyətini daha da artırıb. Avropanın enerji təchizatı təhlükəsizliyində yaranan həssaslıq Xəzərin karbohidrogen ehtiyatlarının Qərbə sabit və fasiləsiz şəkildə ötürülməsini artıq seçim deyil, zərurətə çevirib. Hətta yaxın vaxtlarda aparılmış müzakirələr çərçivəsində Cənub Qaz Dəhlizinin ötürmə gücünün mərhələli şəkildə artırılması və 30 milyard kubmetrdən yuxarı səviyyəyə çatdırılması, həmçinin yeni yataqların sistemə inteqrasiyası nəzərdə tutulur. Bu isə yalnız ikitərəfli əməkdaşlığın əhəmiyyətinin artacağını deyil, eyni zamanda, Avropanın enerji təhlükəsizliyində bu xəttin ayrılmaz komponentə çevriləcəyini göstərir “Enerji geosiyasətində uğurlu infrastruktur layihələri adətən ətraf ölkələr üçün həm cəlbedici model, həm də istiqamətverici nümunə rolunu oynayır. Türkiyə-Azərbaycan xəttində formalaşan boru kəməri diplomatiyası Yaxın Şərq və Şərqi Aralıq dənizi kimi mürəkkəb, siyasi ziddiyyətlərin və sərhəd mübahisələrinin mövcud olduğu regionlar üçün sabitlik nümunəsi kimi çıxış edir. Şərqi Aralıq dənizi kontekstində aparılan qiymətləndirmələr göstərir ki, mövcud hidrokarbon ehtiyatlarının kommersiyalaşdırılması və beynəlxalq bazarlara çıxarılması üçün irəli sürülən alternativ layihələrin əksəriyyəti siyasi və maliyyə baxımından dayanıqlı deyil. Buna qarşılıq olaraq Azərbaycan və Türkiyə arasında qurulan etibarlı infrastruktur və genişlənmə potensialına malik sistem region üçün daha real və rasional çıxış yolu kimi qalır. Bu əməkdaşlıq enerji resurslarının münaqişə vasitəsi deyil, qarşılıqlı fayda və inteqrasiya aləti ola biləcəyini nümayiş etdirir. Dünya üzrə dəniz yolu ilə daşınan neft və qazın mühüm hissəsinin keçdiyi Hörmüz boğazında artan geosiyasi risklər də alternativ marşrutların əhəmiyyətini artırır. Bu baxımdan Türkiyə mərkəzli enerji dəhlizi daha etibarlı istiqamət kimi ön plana çıxır. Nəticə etibarilə bu əməkdaşlıq gələcəkdə yalnız Şərqi Aralıq dənizi deyil, Yaxın Şərq enerji resurslarının da qlobal bazarlara inteqrasiyasında əsas logistik və strateji mərkəzlərdən birinə çevrilmək potensialına malikdir”, - deyə Büşra Zeynep Özdemir əlavə edib Tədqiqatçı bildirib ki, bu xətt artıq yalnız enerji daşınması funksiyası yerinə yetirən bir dəhliz olmaqdan çıxaraq, faktiki olaraq bir “geosiyasi güc mərkəzi” funksiyasını daşıyır. Çünki bir infrastrukturun güc mərkəzinə çevrilməsi onun böhran dövrlərində təmin etdiyi strateji dayanıqlılıq və tərəflərə verdiyi diplomatik təsir imkanları ilə ölçülür Müharibələr və geosiyasi gərginliklərdən sonra Avropanın həyata keçirdiyi diversifikasiya siyasəti fonunda Azərbaycan-Türkiyə xətti öz etibarlılığını artıq sübut etmiş ən stabil alternativlərdən biri kimi çıxış edir. Bu xəttin gələcək inkişafını müəyyən edən əsas amil isə onun yalnız ənənəvi enerji daşıyıcıları ilə məhdudlaşmamasıdır. Enerji keçidinin sürətləndiyi dövrdə isə bu əməkdaşlıq artıq yeni mərhələyə daxil olur. Xəzər regionunun bərpaolunan enerji potensialı, Qarabağ və Şərqi Zəngəzurda yaradılan yaşıl enerji zonaları ilə birləşərək elektrik enerjisi və yaşıl hidrogen formasında Türkiyə üzərindən Avropaya ötürülməsi istiqamətində planlar formalaşır. Bu yanaşma Azərbaycan-Türkiyə strateji tərəfdaşlığının gələcəyə yönəlmiş ən mühüm mərhələsini təşkil edir. Beləliklə, konvensional enerji sahəsində formalaşmış bu güc mərkəzi, yaşıl enerji transformasiyasına inteqrasiya olunaraq gələcəkdə də qlobal enerji sisteminin əsas iştirakçılarından biri kimi mövqeyini qoruyacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler