Tenqri
Ana Səhifə
Dünya

Moldova və Ukrayna üçün Avropa İttifaqından yaşıl işıq

Aİ ölkələri Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa razılaşıblar. Onlar rəsmi olaraq iyunun 15-də başlayırlar Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen X sosial şəbəkəsində məlumat verib "Bu gün Avropa İttifaqı irəliyə doğru böyük addım atıb. Bü

0 baxışhaqqin.az
Moldova və Ukrayna üçün Avropa İttifaqından yaşıl işıq
Paylaş:

Aİ ölkələri Ukrayna və Moldovanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara başlamağa razılaşıblar. Onlar rəsmi olaraq iyunun 15-də başlayırlar Bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen X sosial şəbəkəsində məlumat verib "Bu gün Avropa İttifaqı irəliyə doğru böyük addım atıb. Bütün üzv dövlətlər Ukrayna və Moldova ilə üzvlük danışıqlarının ilk klasterini açmağa razılaşıblar", - o qeyd edib Fon der Leyenin sözlərinə görə, bazar ertəsi, iyunun 15-də keçiriləcək ilk hökumətlərarası konfransda üzvlük prosesinin əsasları üzrə ilk klaster açılacaq. O, qanunun aliliyindən tutmuş güclü demokratik təsisatlara qədər Aİ-nin üzərində qurulduğu əsas dəyər və prinsipləri əhatə edir Ukrayna və Moldovanın Aİ-yə qoşulması ilə bağlı danışıqlara yaşıl işıq yandırdığını Avropa Şurasının rəhbəri Antonio Kosta da təsdiqləyib. Öz növbəsində, Avropa Parlamentinin rəhbəri Roberta Metsola belə bir addımın iki ölkənin səylərini və Avropa dəyərlərinə sadiqliyini vurğuladığını vurğulayıb Avropa İttifaqı ölkələrinin liderləri Ukraynanın Aİ-yə daxil olması ilə bağlı danışıqlara 2023-cü ilin sonunda başlamaq qərarına gəliblər. O vaxt bu qərara yalnız Macarıstanın baş naziri Viktor Orban səs verməyib

Kaynak: haqqin.az

Diğer Haberler