Zelenski Lukaşenkonun oğullarına qarşı sanksiyalar tətbiq edib
Ukrayna prezidenti Vladimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun iki oğlu - Viktor və Dmitri Lukaşenkoya qarşı 10 il müddətinə sanksiya tətbiq edib. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub Sanksiya siyahısına Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Murave

Ukrayna prezidenti Vladimir Zelenski Belarus prezidenti Aleksandr Lukaşenkonun iki oğlu - Viktor və Dmitri Lukaşenkoya qarşı 10 il müddətinə sanksiya tətbiq edib. Müvafiq sərəncam dövlət başçısının saytında dərc olunub Sanksiya siyahısına Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko da daxildir. Ümumilikdə məhdudiyyətlər 16 ölkə vətəndaşına şamil edilib Fiziki şəxslərə qarşı aktivlərin dondurulması, ticarət əməliyyatlarının dayandırılması, iqtisadi və maliyyə öhdəliklərinin dayandırılması, rəsmi səfərlərin ləğvi və Ukraynanın dövlət mükafatlarından məhrum edilməsi kimi standart tədbirlər tətbiq edilib Bundan başqa, 11 hüquqi şəxsə qarşı sanksiya tətbiq edilib. Bunlara Minsk Termoplast Zavodu, 407 saylı Minsk Mülki Aviasiya Zavodu, Vitebsk Elektrik Alətləri Zavodu və Borisov adına Plastik Məhsullar Zavodu daxildir. Şirkətlərə qoyulan məhdudiyyətlər də 10 il müddətinə nəzərdə tutulub və oxşar tədbirlər siyahısı daxildir


