Tenqri
Ana Səhifə
Dünya

Zelenski Putinin paradına getməyi tövsiyə etdi - 20:12 yeniləndi

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna xarici dövlətlərin nümayəndələrinə mayın 9-da Moskvada olmağı tövsiyə etmir O qeyd edib ki, Ukrayna Rusiyaya yaxın bəzi dövlətlərdən xahişlər alıb, onların nümayəndələri Moskvaya gəlməyi planlaşdırır "Bu günlər qəribə istəkdir. Biz bunu e

0 baxışhaqqin.az
Zelenski Putinin paradına getməyi tövsiyə etdi - 20:12 yeniləndi
Paylaş:

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna xarici dövlətlərin nümayəndələrinə mayın 9-da Moskvada olmağı tövsiyə etmir O qeyd edib ki, Ukrayna Rusiyaya yaxın bəzi dövlətlərdən xahişlər alıb, onların nümayəndələri Moskvaya gəlməyi planlaşdırır "Bu günlər qəribə istəkdir. Biz bunu etməyi məsləhət görmürük", - deyə Ukrayna prezidenti bildirib 2026-cı ildə Moskvada keçiriləcək Qələbə Paradında xarici qonaqların son dərəcə məhdud dairəsi gözlənilir. Əslində, tanınmış dünya liderlərindən Qızıl Meydanda yalnız üç nümayəndə iştirak edəcək: Belarus və Laos prezidentləri, həmçinin Slovakiyanın baş naziri Onlara yalnız Malayziya kralı, Srpska Respublikasının (Bosniya və Herseqovinanın tərkibində olan qurum) rəhbərliyi və separatçı Abxaziya və Cənubi Osetiyanın “rəhbərləri” qoşulacaq Kremldən bildiriblər ki, guya liderlər özləri gəlmək istəyini bildiriblər. Stendlərdə beynəlxalq iştirak yalnız hərbi attaşelər tərəfindən tamamlanacaq. Kremldən əlavə ediblər ki, paraddan sonra Vladimir Putin və qonaqlar Naməlum Əsgərin məzarına gül dəstələri qoyacaqlar Ermənistanın baş naziri Nikol Paşinyan Ermənistanda seçki kampaniyasının başlaması ilə əlaqədar Moskvada keçiriləcək Qələbə paradında iştirakın mümkünsüzlüyü barədə Rusiya prezidenti Vladimir Putinə məlumat verdiyini bildirib, Ermənistan KİV-i xəbər verir "Apreldə Rusiya Federasiyasına səfərim zamanı mən Rusiya Federasiyasının prezidentinə məlumat verdim ki, seçki kampaniyasına görə mayın 9-da keçiriləcək tədbirlərdə iştirak edə bilməyəcəm. Və artıq bəyan etmişəm ki, seçki kampaniyasında iştirak edəcəyəm", - Paşinyan jurnalistlərə deyib Aprelin 1-də Moskvada Putin və Paşinyan arasında danışıqlar olub

Kaynak: haqqin.az

Diğer Haberler