Zelenski: Rusiya bu müharibəyə son qoymalıdır
Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs başa çatdıqdan sonra Ukraynanın Rusiyanın bütün hərəkətlərinə cavab olaraq “güzgü” kimi davranacağını bildirib. Bu barədə o, Telegram kanalında yazıb Onun sözlərinə görə, Rusiya “bir neçə gündür davam edən” qismən sükuta son qoymağı “özü seçib” və indi U

Ukrayna prezidenti Vladimir Zelenski atəşkəs başa çatdıqdan sonra Ukraynanın Rusiyanın bütün hərəkətlərinə cavab olaraq “güzgü” kimi davranacağını bildirib. Bu barədə o, Telegram kanalında yazıb Onun sözlərinə görə, Rusiya “bir neçə gündür davam edən” qismən sükuta son qoymağı “özü seçib” və indi Ukrayna “güzgü” kimi davranacaq. Zelenski həmçinin Moskvanı “həqiqi, davamlı atəşkəsə doğru addım atmağa” çağırıb "Rusiyanın bütün addımlarına cavab olaraq güzgü kimi necə davranacağımız barədə danışdıq. Rusiya bu müharibəyə son qoymalıdır və real, davamlı atəşkəsə doğru addım atmalıdır. Bu baş verənə qədər Moskvaya qarşı sanksiyalar lazımdır və işləməyə davam etməli və güclənməlidir", - o qeyd edib Həmçinin yazıda Zelenski tərəfdaşlarını kənarda durmamağa, Rusiya ilə bağlı güzəştlərə yol verməməyə və təhlükəsizlik, ədalət və etibarlı sülh naminə birgə işləməyə davam etməyə çağırıb Mayın 8-də ABŞ prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında mayın 9-dan 11-dək davam edən üç günlük atəşkəs elan edib


