Zelenski elan etdi: Ukrayna silah ixracına başladı
Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna öz silahlarının ixracına başlayır Ukrayna mətbuatının sitat gətirdiyi Zelenskinin sözlərinə görə, "biz dövlət qurumlarımız səviyyəsində bütün detalları razılaşdırdıq. İndi bizim təhlükəsizlik sahəsində təcrübəmiz və müasir müharibənin sınaql

Ukrayna prezidenti Vladimir Zelenski bildirib ki, Ukrayna öz silahlarının ixracına başlayır Ukrayna mətbuatının sitat gətirdiyi Zelenskinin sözlərinə görə, "biz dövlət qurumlarımız səviyyəsində bütün detalları razılaşdırdıq. İndi bizim təhlükəsizlik sahəsində təcrübəmiz və müasir müharibənin sınaqlarından keçmiş silahlarımız milli dövlətçiliyin və insanların həyatının real müdafiəsini təmin edə bilən bütün tərəfdaşlar üçün maraqlıdır" Zelenski həmçinin bildirib ki, Kiyev öz tərəfdaşlarına xüsusi əməkdaşlıq formatını - pilotsuz təyyarələrin, raketlərin, mərmilərin və digər silah növlərinin istehsalı və tədarükü, eləcə də Ukrayna müdafiə texnologiyalarının tərəfdaş sistemlərlə inteqrasiyasını nəzərdə tutan Drone Deals formatını təklif edib. Xüsusilə, silah ixracı prosesini asanlaşdıracaq avtomatik biznes icazələrinin yaradılması nəzərdə tutulur Zelenski həmçinin qeyd edib ki, Ukrayna şirkətləri beynəlxalq bazarlara çıxmaq imkanı əldə edəcək, eyni zamanda Ukrayna Müdafiə Qüvvələrinin ehtiyaclarını təmin etmək prioritet olaraq qalır “Ukraynanın bəzi silah növləri üzrə istehsal gücü 50%-ə çatır və bu, bizim hökumətin Ukraynanın müdafiə sənayesinə yatırdığı sərmayənin və tərəfdaşlarla əməkdaşlığımızın birbaşa nəticəsidir”, - o əlavə edib Bundan əlavə, Zelenski Xarici İşlər Nazirliyinə, SBU-ya və kəşfiyyata Rusiya ilə əməkdaşlığa görə Ukraynadan silah ixracının mümkünsüz olacağı ölkələrin siyahısını müəyyən etməyi tapşırıb. O vurğulayıb ki, bu, "ciddi çağırışdır - Ukrayna texnologiyaları və silahlarının ruslara çatmasının qarşısını almaq" Aprelin 22-də Ukrayna Prezidentinin Aparatının rəhbəri Kirill Budanov Müdafiə Texnologiyaları İxrac Forumunda çıxış edərək bildirdi ki, Ukrayna hərbi-sənaye kompleksi hələlik ixrac üçün sərbəst işləyə bilmir, lakin Ukrayna artıq bolluqda olan bir şeyi, məsələn, dəniz pilotsuz təyyarələrini sata bilər. Budanovun sözlərinə görə, Ukrayna Rusiya Federasiyasına qarşı müharibədə demək olar ki, heç vaxt istifadə olunmayan, lakin Asiya və ya Afrika ölkələrində hələ də tələb olunan silahları, məsələn, “bəzi uzun mənzilli PUA-lar və ya FPV dronlarının ilkin modelləri” ixrac edə bilər


