Zelenski: Fransa anti-ballistika üzərində işləməyə hazırdır
Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında söhbət olub. Liderlər Rusiyanın hücumlarından müdafiə üçün koordinasiya, o cümlədən anti-ballistik müdafiə sistemlərinə Fransanın dəstəyini müzakirə ediblər Bu barədə Ukrayna lideri öz TK-da yazıb "Fransa anti-bal

Ukrayna prezidenti Vladimir Zelenski ilə Fransa prezidenti Emmanuel Makron arasında söhbət olub. Liderlər Rusiyanın hücumlarından müdafiə üçün koordinasiya, o cümlədən anti-ballistik müdafiə sistemlərinə Fransanın dəstəyini müzakirə ediblər Bu barədə Ukrayna lideri öz TK-da yazıb "Fransa anti-ballistika üzərində işləməyə hazırdır. Bu, güclü qərar və mühüm addımdır. Biz indi Rusiyanın hücumlarını dəf etmək üçün imkanlarımızı gücləndirməyi də müzakirə etdik. Hava hücumundan müdafiəni gücləndirmək istəyinizə görə təşəkkür edirik Onlar həmçinin Avropa trekindən və yaxın gələcəkdə bütün danışıqlar klasterlərinin açılmasından danışıblar. Fransa Ukraynanı dəstəkləyir və bu addımın bütün ukraynalılar üçün nə qədər vacib olduğunu başa düşür Emmanuel Afrika ölkələrinə səfəri barədə məlumat verib. Biz bu sahədə birgə koordinasiyanın vacibliyindən danışdıq, çünki bu, Ukrayna üçün eyni dərəcədə vacibdir”, - deyə Zelenski qeyd edib


