Tenqri
Ana Səhifə
Dünya

Zelenski Trampla raket əleyhinə sistemlərin istehsalı üçün lisenziyaların alınmasını müzakirə edib

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşü zamanı antiballistik sistemlərin istehsalı üçün lisenziyaların alınması məsələsini müzakirə edib "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə Evian (Fransa) şəhərində keçirilən "Böyük Yeddilik"

0 baxışreport.az
Zelenski Trampla raket əleyhinə sistemlərin istehsalı üçün lisenziyaların alınmasını müzakirə edib
Paylaş:

Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampla görüşü zamanı antiballistik sistemlərin istehsalı üçün lisenziyaların alınması məsələsini müzakirə edib "Report" Ukrayna mediasına istinadən xəbər verir ki, Zelenski bu barədə Evian (Fransa) şəhərində keçirilən "Böyük Yeddilik" (G7) sammiti çərçivəsində Trampla görüşündən sonra jurnalistlərə bildirib "Mən bu məsələni qaldırdım, bu barədə Prezident Trampla danışdıq, komandalarımız işləyəcək. Ümid edirəm ki, bu dəfə müvafiq antiballistik sistemlərin və raketlərin istehsalı üçün lisenziyaları ala biləcəyik", – o bildirib Zelenski həmçinin bildirib ki, sammitin digər iştirakçıları ilə görüşləri zamanı Ukraynanın əlavə Hava Hücumundan Müdafiə (HHM) sistemlərinə ehtiyacı barədə danışıb: "HHM məsələsində hər kəs kömək edəcək, G7-nin bütün iştirakçıları bizim müdafiəmizi gücləndirmək üzərində də işləyəcəklər. Biz həm sistemlər, həm də raketlər barədə danışdıq" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Zelenski Trampla raket əleyhinə sistemlərin istehsalı üçün lisenziyaların alınmasını müzakirə edib | Tenqri