Tenqri
Ana Səhifə
Dünya

Zelenski mayın 9-da Qırmızı Meydana qarşı silahdan istifadə olunmamasını əmr edib - YENİLƏNİB

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında 9 may 2026-cı ildə Moskvada keçiriləcək paradla bağlı sənəd dərc edilib "Report"un məlumatına görə, sənəddə tədbirin keçirilməsinə icazə verilir və parad müddətində Qırmızı Meydan ərazisi Ukrayna silahlarının tətbiqi planından müvəqqəti olaraq çıxar

0 baxışreport.az
Zelenski mayın 9-da Qırmızı Meydana qarşı silahdan istifadə olunmamasını əmr edib - YENİLƏNİB
Paylaş:

Ukrayna Prezidenti Volodimir Zelenskinin saytında 9 may 2026-cı ildə Moskvada keçiriləcək paradla bağlı sənəd dərc edilib "Report"un məlumatına görə, sənəddə tədbirin keçirilməsinə icazə verilir və parad müddətində Qırmızı Meydan ərazisi Ukrayna silahlarının tətbiqi planından müvəqqəti olaraq çıxarılır Həmçinin qeyd olunur ki, sənəd humanitar səbəblərə və 8 may 2026-cı ildə Amerika tərəfi ilə danışıqlar zamanı aparılan müzakirələrə əsaslanır Rusiya və Ukrayna mayın 9-dan 11-dək atəşkəs, eləcə də "1 000 nəfərin 1 000 nəfərə" formulu üzrə əsir mübadiləsi aparmaq barədə razılığa gəliblər "Report" xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" sosial şəbəkəsində yazıb Onun sözlərinə görə, Moskva və Kiyev onun xahişi ilə üçgünlük atəşkəsə razılaşıblar Tramp həmçinin Rusiya Prezidenti Vladimir Putinin və Ukrayna Prezidenti Volodimir Zelenskinin hərbi əməliyyatların müvəqqəti dayandırılması barədə qərarını alqışlayıb "Ümid edirəm ki, bu, çox uzun və şiddətli müharibənin sonunun başlanğıcıdır", - Ağ Evin rəhbəri yazıb ABŞ liderinin fikrincə, tərəflər hər keçən gün münaqişənin nizamlanmasına daha da yaxınlaşırlar Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir

Kaynak: report.az

Diğer Haberler

Zelenski mayın 9-da Qırmızı Meydana qarşı silahdan istifadə olunmamasını əmr edib - YENİLƏNİB | Tenqri