Tenqri
Ana Səhifə
Dünya

Zelenski Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşün nəticələrini açıqlayıb

Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub AZƏRTAC xəbər verir ki, bu barədə Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib Zelenskinin sözlərinə görə, Dəməşqdə

0 baxışazertag.az
Zelenski Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşün nəticələrini açıqlayıb
Paylaş:

Dəməşqdə Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüşdə müdafiə əməkdaşlığı və ərzaq təhlükəsizliyi məsələləri müzakirə olunub AZƏRTAC xəbər verir ki, bu barədə Suriyada səfərdə olan Ukrayna Prezidenti Volodimir Zelenski “Telegram” kanalında məlumat verib Zelenskinin sözlərinə görə, Dəməşqdə iki görüş - Suriya Prezidenti Əhməd Əl Şaraa və hər iki liderin komandaları ilə ikitərəfli görüş, həmçinin Ukrayna-Suriya-Türkiyə formatında üçtərəfli görüş keçirilib "Təhlükəsizlik və müdafiə məsələlərindən, İran ətrafında baş verən bütün hadisələrə görə regiondakı vəziyyətdən tutmuş ölkələrimiz arasında enerji və infrastruktur əməkdaşlığına qədər biz hər şeyi müzakirə edə bildik. Həmçinin ərzaq təhlükəsizliyi üzərində işləməyə davam edəcəyik", - deyə Zelenski əmin edib Prezident, həmçinin qeyd edib ki, Ukrayna ilə Rusiya arasında danışıqlar prosesi də müzakirə olunub. Zelenski səfər zamanı Ukrayna nümayəndə heyətini qarşılayan suriyalılara təşəkkür edib "Ukrayna Əsəd rejiminin süqutundan sonra yeni Suriyanı dəstəkləyən ilk ölkələrdən biri olub. Biz sabitliyi və inkişafı dəstəkləməyə davam etməyə hazırıq. Xalqlarımızı, ölkələrimizi və iqtisadiyyatlarımızı daha da gücləndirmək üçün birlikdə daha çox çalışacağıq", - deyə Zelenski əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler