Özbəkistanda onkoloji xəstəliklərlə mübarizə üzrə Milli Proqram həyata keçiriləcək
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onkologiya və hematologiya tibbi yardım sisteminin və dövlət səhiyyə müəssisələrinin işçilərinə maliyyə dəstəyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdimatını nəzərdən keçirib AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev onkologiya və hematologiya tibbi yardım sisteminin və dövlət səhiyyə müəssisələrinin işçilərinə maliyyə dəstəyinin təkmilləşdirilməsi ilə bağlı təkliflərin təqdimatını nəzərdən keçirib AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, ölkədə ictimai sağlamlığın qorunması, xəstəliklərin erkən aşkarlanması və effektiv müalicəsi üçün sistemli işlər görüldüyün qeyd edib. O əlavə edib ki, bu kontekstdə onkoloji, hematoloji və onkohematoloji xəstəlikləri olan xəstələrə ixtisaslaşmış tibbi yardımın göstərilməsi çox vacibdir Prezidentin keçirdiyi müşavirədə beynəlxalq standartlara əsaslanaraq, onkoloji xəstəliklərin qarşısının alınması, erkən aşkarlanması və müalicəsi sisteminin təkmilləşdirilməsi üçün hazırlanmış tədbirlər müzakirə edilib Qeyd edilib ki, qarşıdakı hədəf ən çox yayılmış xərçəng növləri üzrə hədəflənmiş tibbi müayinələrin əhatə dairəsini 60 faizə çatdırmaq, həmçinin onkoloji xəstələr arasında beşillik sağ qalma nisbətini 35 faizdən ən azı 45 faizə çatdırmaqdır. Bu məqsədlə 2027-ci ildən başlayaraq Ümumdünya Səhiyyə Təşkilatının və beynəlxalq ekspertlərin iştirakı ilə hazırlanmış Milli Xərçənglə Mübarizə Proqramı tədricən regionlarda tətbiq olunacaq Bu proqram ilkin səhiyyə işçiləri arasında xərçəng haqqında məlumatlılıq səviyyəsini artıracaq. Onlar xərçəngin erkən əlamətlərini müəyyən etmək və xəstələri ixtisaslaşmış müəssisələrə tez bir zamanda yönləndirmək üçün yenidən hazırlıq keçəcəklər Bundan əlavə, beynəlxalq tövsiyələrə əsaslanan klinik qaydalar qəbul ediləcək. Onkologiyada bir neçə mütəxəssisin iştirak etdiyi diaqnoz və müalicə strategiyası olan çoxsahəli komanda yanaşması tətbiq olunacaq Ən çox yayılmış xərçəng növləri üçün erkən diaqnoz proqramları hazırlanacaq və tədricən tətbiq olunacaq. Xəstələrin sürətli müayinəsinə və diaqnoz qoyulmasına imkan verəcək sürətləndirilmiş diaqnostik prosedurların yaradılması da planlaşdırılır Palliativ və hospis yardımının inkişafı xüsusi diqqət mərkəzində olub. 2030-cu ilə qədər əhalinin bu növ yardımla əhatə dairəsinin ən azı 80 faizə çatdırılması nəzərdə tutulur. Bu məqsədlə 2026-cı il sentyabrın 1-dən etibarən respublikada tibbi və sosial xidmətlərin inteqrasiyasına əsaslanan vahid palliativ və hospis yardımı sistemi yaradılacaq. Palliativ yardıma ehtiyacı olan şəxslərin müəyyən edilməsi, yönləndirilməsi, qeydiyyatı və onlara xidmət göstərilməsi prosesləri elektron informasiya sistemi vasitəsilə həyata keçiriləcək Evdə tibbi və sosial xidmətlər göstərmək üçün səyyar palliativ yardım qrupları yaradılacaq. Stasionar palliativ yardım dövlət və qeyri-dövlət tibb təşkilatları, eləcə də hospislər tərəfindən təmin ediləcək Müşavirədə, həmçinin hematoloji və onkohematoloji xəstəlikləri olan xəstələrə tibbi yardım sisteminin daha da təkmilləşdirilməsi tədbirləri müzakirə olunub. cu illər arasında bu cür xəstəliklərin erkən aşkarlanma nisbətinin hazırkı 30-40 faizdən 60 faizə çatdırılması planlaşdırılır. Diaqnoz və transplantasiya arasındakı müddəti altı aydan üç aya endirmək üçün tədbirlər görüləcək Plan hematoloji xəstəlikləri olan xəstələrin ixtisaslaşmış tibbi yardımla 100 faiz əhatə olunmasını, habelə regionlarda hematopoetik kök hüceyrə transplantasiyasının tətbiqini hədəfləyir Tədbirdə dövlət səhiyyə müəssisələrində tibb və əczaçılıq işçilərinə maliyyə dəstəyi məsələsi də müzakirə olunub. Xüsusilə, azı 15 illik təcrübəsi olan işçilərə övladlarının illik bakalavr təhsili müqavilələrinin dəyərinin qismən ödənilməsi, həmçinin ipoteka kreditləri üzrə ilkin ödənişin bir hissəsinin geri qaytarılması təklif olunacaq 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


