Özbəkistanda Heydər Əliyevin xatirəsinə silsilə mədəni tədbirlər təşkil ediləcək
Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Daşkənd şəhərində silsilə tədbirlər keçiriləcək. Tədbirlər Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunacaq Proqram ç

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə Daşkənd şəhərində silsilə tədbirlər keçiriləcək. Tədbirlər Azərbaycanın Özbəkistandakı səfirliyinin tabeliyindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən təşkil olunacaq Proqram çərçivəsində Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində yazıçı, professor Aysel Sadak İltashın müəllifi olduğu “Inson Yuragi Bilan Heydar Bobo” (İnsan qəlbi ilə Heydər Baba) kitabının təqdimatı olacaq Mərkəzdən AZƏRTAC-a bildirilib ki, kitabda müxtəlif sahələrdə fəaliyyət göstərən tanınmış şəxslərin Ümummilli Lider Heydər Əliyevlə bağlı xatirələri toplanıb. Bu xatirələr oxuculara Heydər Əliyevin şəxsiyyəti, dövlətçilik fəaliyyəti və insani keyfiyyətləri haqqında daha dolğun təsəvvür yaradır Kitab Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin və Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi əsasında özbək dilinə tərcümə edilərək nəşr olunub Tədbirlər çərçivəsində Azərbaycanın tanınmış sənətçilərinin iştirakı ilə konsert proqramının keçirilməsi nəzərdə tutulur. Konsert proqramında Azərbaycan klassik musiqisi səsləndiriləcək, milli musiqi ənənələri ilə müasir ifaçılıq üslubunun vəhdəti nümayiş etdiriləcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


