Tenqri
Ana Səhifə
Dünya

Özbəkistan və Albaniya münasibətləri yeni əməkdaşlıq səviyyəsinə yüksəlib

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Albaniya prezidenti Bayram Beqay ilə görüşüb 525.az xəbər verir ki, tərəflər iki ölkə arasında praktik əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər Prioritet diqqət ticarət dövriyyəsinin artırılmasına, aqrar-s

0 baxış525.az
Özbəkistan və Albaniya münasibətləri yeni əməkdaşlıq səviyyəsinə yüksəlib
Paylaş:

Özbəkistan prezidenti Şavkat Mirziyoyev bu ölkədə səfərdə olan Albaniya prezidenti Bayram Beqay ilə görüşüb 525.az xəbər verir ki, tərəflər iki ölkə arasında praktik əməkdaşlığın daha da gücləndirilməsi perspektivlərini müzakirə ediblər Prioritet diqqət ticarət dövriyyəsinin artırılmasına, aqrar-sənaye kompleksi, yaşıl enerji, geologiya, informasiya texnologiyaları və rəqəmsallaşma, turizm və bir sıra digər əsas sahələrdə genişmiqyaslı əməkdaşlıq proqramının hazırlanmasına yönəldilib. Həmçinin Özbəkistan məhsullarının Cənubi Avropa və Aralıq dənizi bazarlarına çatması üçün Albaniyanın Durres limanından logistika mərkəzi kimi istifadə imkanlarının araşdırılması qərara alınıb Ticarət-iqtisadi və investisiya sahəsində əməkdaşlıq üçün müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyi vurğulanıb. İqtisadi əməkdaşlıq gündəliyinin təşviqi məqsədilə Hökumətlərarası Komissiyanın yaradılması və onun bu il ilk iclasının Daşkənd şəhərində keçirilməsi barədə razılıq əldə olunub Liderlər, həmçinin regional və beynəlxalq gündəlikdəki aktual məsələlər ətrafında fikir mübadiləsi aparıblar

Kaynak: 525.az

Diğer Haberler