Özbəkistan və ABŞ ticarət-investisiya əməkdaşlığının inkişafını müzakirə edib
Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva və ABŞ ticarət nazirinin müavini Devid Foqel Daşkənddə görüşüblər "Report" xəbər verir ki, bu barədə S. Mirziyoyeva sosial şəbəkə hesablarında məlumat yayıb Məlumata görə, tərəflər iki ölkə arasında ticarət-iqtisadi və investisiya

Özbəkistan Prezident Administrasiyasının rəhbəri Saida Mirziyoyeva və ABŞ ticarət nazirinin müavini Devid Foqel Daşkənddə görüşüblər "Report" xəbər verir ki, bu barədə S. Mirziyoyeva sosial şəbəkə hesablarında məlumat yayıb Məlumata görə, tərəflər iki ölkə arasında ticarət-iqtisadi və investisiya əməkdaşlığının genişləndirilməsi məsələlərini müzakirə ediblər. İnfrastruktur layihələrinin inkişaf perspektivlərinə, eləcə də ikitərəfli əməkdaşlığın yeni istiqamətlərinə xüsusi diqqət yetirilib ABŞ biznesinin Özbəkistan şirkətləri ilə əməkdaşlığa maraq göstərdiyi qeyd edilib. Tərəflər iş yerlərinin yaradılması və iqtisadi imkanların genişləndirilməsi məqsədilə bu tərəfdaşlığın inkişafı üçün praktiki addımlar atmağa hazır olduqlarını bildiriblər İki ölkənin sahibkarları arasında işgüzar əlaqələrin möhkəmləndirilməsinə və praktiki əməkdaşlığın inkişafına kömək edən ABŞ-Özbəkistan İşgüzar və İnvestisiya Şurasının fəaliyyəti ayrıca nəzərdən keçirilib Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir


