Tenqri
Ana Səhifə
Dünya

Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub

Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin Metrologiya və yüngül sənaye kafedrasının müdiri Yuldaşev Kozimjon Komiljonoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mübadilə proqramı ilə AzTU-da olub AzT

0 baxışazertag.az
Özbəkistan nümayəndə heyəti AzTU-da mübadilə proqramında olub
Paylaş:

Azərbaycan Texniki Universitetinin (AzTU) Özbəkistanın Əndican Dövlət Texniki İnstitutu ilə əməkdaşlığı çərçivəsində bu ali təhsil müəssisəsinin Metrologiya və yüngül sənaye kafedrasının müdiri Yuldaşev Kozimjon Komiljonoviçin rəhbərlik etdiyi nümayəndə heyəti mübadilə proqramı ilə AzTU-da olub AzTU-dan AZƏRTAC-a bildirilib ki, qonaqlarla görüşən beynəlxalq əlaqələr üzrə prorektor Fariz Məmmədov onlara universitetin tarixi, fəaliyyət istiqamətləri və hədəfləri haqqında məlumat verib. Səfər çərçivəsində Maşın dizaynı, mexatronika və sənaye texnologiyaları, eləcə də Maşınqayırma texnologiyası kafedrasının əməkdaşları ilə görüşlər keçirən qonaqlar müxtəlif mövzularda birgə tədqiqatların, məqalə və konfrans materiallarının hazırlanması imkanlarını müzakirə ediblər Daha sonra Əndican Dövlət Texniki İnstitutunun nümayəndə heyəti Maşınqayırma və metallurgiya fakültəsində müxtəlif tədris laboratoriyaları, eləcə də Mühəndis Gəlişdirmə Emalatxanası, orada tədrisin təşkili prosesi və mövcud olan texnoloji avadanlıqlarla tanış olub 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler