Özbəkistan məhkəmələrdə korrupsiyaya qarşı nəzarəti gücləndirir
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev məhkəmələrdə komplayens-nəzarət sisteminin effektivliyinin artırılması ilə bağlı təqdimatı nəzərdən keçirib AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, dövlət məhkəmə sistemində islahatlar aparmaq, məhkəmələrə eti

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev məhkəmələrdə komplayens-nəzarət sisteminin effektivliyinin artırılması ilə bağlı təqdimatı nəzərdən keçirib AZƏRTAC rəsmi UZA agentliyinə istinadla xəbər verir ki, dövlət başçısının sözlərinə görə, dövlət məhkəmə sistemində islahatlar aparmaq, məhkəmələrə etimadı gücləndirmək və hakimlərin fəaliyyətində şəffaflığı və legitimliyi təmin etmək üçün ardıcıl səylər göstərir. Eyni zamanda, korrupsiya risklərinin erkən aşkarlanması, maraqların toqquşmasının qarşısının alınması və işçilərin peşəkar məsuliyyətinin artırılması məhkəmə sistemində vacib vəzifələr olaraq qalır. Bunun üçün təkcə hakimlərin deyil, həm də təxminən 4800 məhkəmə işçisinin vicdanlı və dürüst işinin təmin edilməsinə daim diqqət yetirilməlidir Təqdimat zamanı məhkəmələrdə komplayens nəzarətinin gücləndirilməsinə yönəlmiş təkliflər müzakirə olunub. Məhkəmə işçiləri arasında korrupsiyanın qarşısını almaq üçün Ali Məhkəmənin tərkibində Komplayens Nəzarəti Xidmətinin yaradılması təklif olunur. Ali Məhkəmənin sədri qarşısında hesabat verəcək bu xidmətə regional məhkəmələrdə komplayens müfəttişləri də daxil olacaq Sözügedən qurum korrupsiya risklərini müəyyən edəcək, qiymətləndirəcək və onların qarşısını alacaq, bu neqativ halların səbəblərini aradan qaldıracaq, işçilərin qanuna və peşə etikası qaydalarına riayət etməsinə nəzarət edəcək Təqdimat zamanı məhkəmə sistemində korrupsiyanın qarşısının alınması üçün bir sıra digər tədbirlər də müzakirə olunub. Xüsusilə, yüksəkriskli proseslərdə insan amilinin təsirini rəqəmsallaşdırmaq və azaltmaq üçün tədbirlər görüləcək. Hakimlər üçün maraqların toqquşması, gəlir və aktivlər haqqında bəyannamələrin verilməsi və təhlili üçün avtomatlaşdırılmış elektron sistemi tətbiq olunacaq Korrupsiyaya, şübhəli sxemlərə və intizam pozuntularına səbəb olan riskləri müəyyən etməyə yönəlmiş elektron informasiya sistemləri də tətbiq olunacaq. Korrupsiya barədə məlumat verən işçilərin qorunmasının və vətəndaşlar üçün təhlükəsiz rabitə kanallarının yaradılmasının vacibliyi vurğulanıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


