Özbək qane olmadı! Qalatasarayda bonus sistemi dəyişir
Qalatasarayda yeni mövsüm öncəsi bonus sistemi ilə bağlı diqqətçəkən dəyişiklik gündəmə gəlib Son zamanlar sarı-qırmızılı klubda futbolçulara verilən yüksək mükafatlar gözlənilən effekti verməyib. Prezident Dursun Özbekin Çempionlar Liqasında vurduğu qollar və kritik qələbələr üçün ümumilikdə 15 m

Qalatasarayda yeni mövsüm öncəsi bonus sistemi ilə bağlı diqqətçəkən dəyişiklik gündəmə gəlib Son zamanlar sarı-qırmızılı klubda futbolçulara verilən yüksək mükafatlar gözlənilən effekti verməyib. Prezident Dursun Özbekin Çempionlar Liqasında vurduğu qollar və kritik qələbələr üçün ümumilikdə 15 milyon avroya yaxınlaşan bonuslar payladığı öyrənilib Çempionluq üçün əlverişli mövqedə olan "Qalatasaray"ın "Samsunspor"a 4:1 hesablı məğlubiyyəti rəhbərlikdə diskomfort yaradıb. Bu nəticədən sonra bonus sisteminin səmərəliliyi şübhə altına alınmağa başlayıb Rəhbərliyin xüsusilə yüksək maaş alan işçilərin əlavə bonuslarla motivasiyasını yenidən dəyərləndirdiyi və yeni mövsümdə fərqli bonus sistemi üzərində çalışdığı bildirilir Liqanın sonuna az qalmış “Qalatasaray” “Antalyaspor”a qalib gələrək ardıcıl 4-cü çempionluğunu elan etməyə hazırlaşır


