Zaxarova elan etdi: Moskvanın İrəvandan əsas tələbləri nədir?
“Moskvanın İrəvanın xarici siyasəti ilə bağlı dəqiq cavablara ehtiyacı var” Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin inkişafını Ermənistandakı seçki prosesi ilə əlaqələndirmir: “Rusiya-Er

“Moskvanın İrəvanın xarici siyasəti ilə bağlı dəqiq cavablara ehtiyacı var” Publika.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib Onun sözlərinə görə, Rusiya ikitərəfli münasibətlərin inkişafını Ermənistandakı seçki prosesi ilə əlaqələndirmir: “Rusiya-Ermənistan münasibətləri strateji xarakter daşıyır, siyasi şəraitdən və ya seçki kampaniyalarından asılı olmamalıdır. Moskva heç vaxt Ermənistana, yaxud digər ölkəyə qarşı siyasətini seçki dövrlərinə əsaslandırmayıb. Bu ona bənzəyir ki, velosipedim olmadığı üçün çox əsəbi idim, velosiped alan kimi dərhal sakitləşdim. Belə yanaşma gülməlidir” Zaxarova qeyd edib ki, son dövrlər Ermənistanın Avropa İttifaqı və Avroatlantik strukturlara yaxınlaşdırma səylərini müşahidə edirlər “Ermənistan rəhbərliyinin bəyanatları, Brüsseldən dəstək siqnalları və Aİ nümayəndələrinin rəsmi İrəvanla əlaqələri bunu deməyə əsas verir. İrəvanda keçirilən Ermənistan-Avropa İttifaqı sammiti bunun ən real nümunəsidir. Bu proses Rusiya və Ermənistan ictimaiyyətində suallar doğurur. Əsas sual Ermənistanın Avropa İttifaqı ilə dərinləşən əməkdaşlığı mövcud beynəlxalq strukturlar çərçivəsində üzərinə götürdüyü öhdəliklərlə necə uzlaşdıracağıdır. Moskva bu məsələni həm ikitərəfli təmaslarda, həm də media nümayəndələrinin və işgüzar dairələrin sorğularına cavab olaraq, dəfələrlə qaldırıb. Rusiya tərəfi Ermənistanın gələcək xarici siyasəti və iqtisadi kursu ilə bağlı cavab almaq istəsə də, heç bir izahat verilməyib. Ermənistanın gələcək xarici siyasəti dəqiq müəyyən edilməlidir. Moskva bütün məsələlərin aydınlaşdırılacağını gözləyir”, - o vurğulayıb Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? “Ermənistan tələdən xilas oldu” - Paşinyandan Qarabağla bağlı şok açıqlama - VİDEO Ermənistan Avropa bazarına çıxır – Brüsselin İrəvana təcili dəstək planı Erməni mallarına qadağa, miqrantların “ovu” – Rusiya iqtisadi müharibəyə başladı Seçki debatında Azərbaycana görə dava düşdü - Bu ərazilər niyə qaytarılıb? Paşinyanı öldürmək istəyən şəxs barədə qərar Zəngəzur dəhlizi ilə bağlı saziş imzalandı - Nə vaxt işə düşəcək? Hesablama Palatasına yeni səlahiyyətlər verilir Dəniz qana boyandı: Uşaqların gözü qarşısında dəhşətli qırğın Dubay şahzadəsinin azərbaycanlı keçmiş həyat yoldaşı və üç qızı qaçırıldı 40 yaşdan sonra bunu etməyənlər təhlükə altındadır - Xəbərdarlıq Təhlükə böyüyür: bu, artıq dövlət məsələsidir! - Mühüm qərarın pərdəarxası Bəzilərinin yanağı çiyninə çatıb - Fədayə Laçın plastik əməliyyat etdirənlərdən danışdı Yaşı 50-dən yuxarı olanları gözləyən çətinlik - Nə etməlisiz?


