Sabah isti və buludlu olacaq
Bazar ertəsi, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi axşam mülayim şimal-qərb

Bazar ertəsi, mayın 4-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə fasilələrlə yağış yağacağı ehtimalı var. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, cənub-qərb küləyi axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq Havanın temperaturu gecə 9-12, gündüz 15-19 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 756 mm civə sütununa enəcək. Nisbi rütubət 70-80% Azərbaycanın rayonlarında isə əsasən yağıntı yoxdur. Lakin gecə və səhər bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı ehtimalı var. Mülayim şərq küləyinin əsəcəyi gözlənilir. Havanın temperaturu gecə 10-15, gündüz 19-24, dağlarda gecə 3-8, gündüz 13-18 dərəcə isti olacaq


