Netanyahudan “asılıdır”: Tramp və Karlson arasında münaqişə alovlanır
ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra bəlli olan göstərişlərinə “kor-koranə” əməl edir. Bunu amerikalı jurnalist Taker Karlson Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində deyib "Bütün qullara yazığım gəldiyi kimi, ona yazığım gəlir. O, hazırd

ABŞ prezidenti Donald Tramp İsrailin İrana qarşı hərbi əməliyyata başlamasından sonra bəlli olan göstərişlərinə “kor-koranə” əməl edir. Bunu amerikalı jurnalist Taker Karlson Britaniyanın BBC yayım korporasiyasına müsahibəsində deyib "Bütün qullara yazığım gəldiyi kimi, ona yazığım gəlir. O, hazırda azad deyil və öz maraqları və ölkəsinin maraqları üçün hərəkət edə bilməz" dedi Karlson Onun sözlərinə görə, ABŞ-ın Livanda atəşkəsə zəmanət verə bilməməsi Trampın İsrailin baş naziri Benyamin Netanyahudan “asılılığının” yüksək olduğunu göstərir. "Donald Tramp atəşkəs elan etdi. Aydındır ki, o, bunu rahatlıqla etdi. O, atəşkəsin əksər şərtlərini dərc etdi. Və iki saat sonra bu atəşkəs başa çatdı, çünki İsrail nəinki Livanın cənubuna, həm də Beyruta hücum edərək şərtləri qəsdən pozdu", - Karlson deyib Karlson həmçinin Trampın “rejim dəyişikliyi” naminə İrana qarşı müharibəyə başlamaq qərarını ABŞ prezidentinin bütün həyatı boyu ən böyük “səhv”i adlandırıb


