Zaur Mikayılov: "Azərbaycanda aqrar sektor ölkənin ümumi su istehlakının 70-75 %-ini təşkil edir"
Azərbaycanda aqrar sektor ölkə üzrə ümumi su istifadəsinin 70-75 %-ini özündə cəmləyir "Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının iste

Azərbaycanda aqrar sektor ölkə üzrə ümumi su istifadəsinin 70-75 %-ini özündə cəmləyir "Report"un Qubaya ezam olunmuş əməkdaşı xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılov "Azərbaycanda kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair cu illər üçün Dövlət Proqramı" çərçivəsində Abşeron-Xızı və Quba-Xaçmaz iqtisadi rayonları üzrə keçirilən müşavirədə deyib Agentlik rəhbərinin fikrincə, məhz bu amil su resurslarının səmərəli idarə edilməsini həm aqrar sahənin inkişafı, həm də ümumi iqtisadi davamlılığın təməl şərtlərindən birinə çevirir: "cu illər üzrə Dövlət Proqramı çərçivəsində kənd təsərrüfatı sektorunun davamlı inkişafının stimullaşdırılması və su təchizatının etibarlılığının yüksəldilməsi yönündə kompleks tədbirlər planlaşdırılıb. Proqramın prioritet istiqamətlərindən biri yüksək əlavə dəyər formalaşdıran intensiv təsərrüfatçılıq modelinə keçidin həyata keçirilməsidir" Z. Mikayılov qeyd edib ki, Quba-Xaçmaz və Abşeron-Xızı iqtisadi rayonları ərazisində fəaliyyət göstərən təqribən 72,5 min kənd təsərrüfatı istehsalçısı suvarma suyu ilə təchiz olunur: "Agentliyin fəaliyyət göstərdiyi ərazilərdə Abşeron rayonunda 17 381 hektar, Xızı rayonunda 6 144 hektar, Xaçmaz rayonunda 50 286 hektar, Quba rayonunda 26 146 hektar, Qusar rayonunda 29 398 hektar, Siyəzən rayonunda 6 311 hektar, Şabran rayonunda isə 18 336 hektar suvarılan torpaq sahəsi var. Həmin rayonlardakı su təsərrüfatı infrastrukturu 6 420 kilometrdən artıq suvarma şəbəkəsini, 6 368 hidrotexniki qurğunu, 164 subartezian quyusunu və 51 nasos stansiyasını özündə birləşdirir. Hazırda regionlarda fermer təsərrüfatlarının su təminatı fasiləsiz qaydada davam etdirilir" Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir
Diğer Haberler

Böyük Britaniyada 2027-ci ildən 16 yaşdan kiçik uşaqlara sosial şəbəkələrdən istifadə qadağan ediləcək - Vlast analitik onlayn jurnalı

Qırğızıstan MDB-də ilk olaraq protezlərin 3D çapını işə saldı: artıq Akçabarda aylarla gözləmək lazım deyil
