Tenqri
Ana Səhifə
Dünya

Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir

Məhsuldarlığı maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin və heyvan baş sayının artırılması deyil, mövcud torpaq və su resurslarından, damazlıq və yem bazasından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvan

0 baxışazertag.az
Zaur Əliyev: Yeni Dövlət Proqramı aqrar transformasiyanın əsas yol xəritəsidir
Paylaş:

Məhsuldarlığı maksimum artırılması bu gün aqrar sahənin qarşısında duran əsas vəzifələrdəndir. Burada əsas məqsəd yalnız əkin sahələrinin və heyvan baş sayının artırılması deyil, mövcud torpaq və su resurslarından, damazlıq və yem bazasından daha səmərəli istifadə etməklə hər hektardan və hər heyvandan daha çox və daha keyfiyyətli məhsul götürməkdir AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, bu sözləri kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramının müzakirəsi məqsədilə Ağcabədi rayonunda keçirilən regional müşavirədə kənd təsərrüfatı nazirinin müavini Zaur Əliyev deyib Zaur Əliyev bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2026-cı il 25 may tarixli Sərəncamı ilə təsdiq edilmiş yeni Dövlət Proqramı aqrar sahədə aqrar transformasiyanın əsas yol xəritəsidir. Proqramın əsas fəlsəfəsi və hədəfi çox aydındır: daha məhsuldar, daha dayanıqlı, daha rəqabətqabiliyyətli və daha dəyər yaradan aqrar sektorun formalaşdırılması. Dövlət Proqramının əsas məqsədi aqrar sahədə dayanıqlı və rəqabətqabiliyyətli inkişafın təmin edilməsi, ərzaq təhlükəsizliyinin gücləndirilməsi, məhsuldarlığın, əlavə dəyərin və ixracyönümlülüyün artırılması, kadr təminatının gücləndirilməsi, innovasiya və rəqəmsallaşmanın inkişaf etdirilməsidir 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler