Tenqri
Ana Səhifə
Dünya

Xocasanı da su basdı - şəkil; video

Son günlər yağan leysan yağışları Bakının Xocəsən kəndində ağır fəsadlar törədib. Yerli gölün səviyyəsi qalxıb, ətrafdakı evləri su basıb. Yeni Yol küçəsinin sakinləri Haqqin.az-a bildiriblər ki, zirzəmilər, birinci mərtəbələr və həyətlər su altında qalıb. Onların sözlərinə görə, vəziyyət ağırdır: g

0 baxışhaqqin.az
Xocasanı da su basdı - şəkil; video
Paylaş:

Son günlər yağan leysan yağışları Bakının Xocəsən kəndində ağır fəsadlar törədib. Yerli gölün səviyyəsi qalxıb, ətrafdakı evləri su basıb. Yeni Yol küçəsinin sakinləri Haqqin.az-a bildiriblər ki, zirzəmilər, birinci mərtəbələr və həyətlər su altında qalıb. Onların sözlərinə görə, vəziyyət ağırdır: göl sahillərini aşıb, yaxınlıqdakı evlər təhlükə altında qalır pic.twitter.com/ig1T6taniL "Yağışlardan sonra gölün səviyyəsi artıb. Evləri və həyətyanı sahələri su basıb. Pis qoxu evlərdə qalmağı mümkünsüz edir", - deyə yerli sakinlər bildirib. Onların sözlərinə görə, məişət əşyaları və məişət texnikası yararsız hala düşüb Sakinlər problemin həlli üçün aidiyyatı strukturlara müraciət ediblər Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən haqqin.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə, o cümlədən “Yerli icra hakimiyyəti orqanları haqqında Əsasnamə”yə əsasən, bu məsələ yerli icra hakimiyyəti orqanlarının və su təchizatı və kanalizasiya xidmətlərinin səlahiyyətlərinə aiddir. Eyni zamanda, vətəndaşların müraciətləri əsasında təxliyyə həyata keçirilir, həyat və ya həyatı təmin edən obyektlərin fəaliyyəti üçün real təhlükə yarandıqda tədbirlər görülür. Hazırda Fövqəladə Hallar Nazirliyinin bölmələri tərəfindən Bakı şəhərinin rayonlarında, o cümlədən Sumqayıt, Abşeron, Hacıqabul, Xızı, Şabran və Xaçmazda təhlükəsizliyin təmin edilməsi, suyun çəkilməsi və köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi istiqamətində işlər davam etdirilir Binəqədi Rayon İcra Hakimiyyətindən haqqin.az-a bildirilib ki, yaranmış vəziyyətlə bağlı aidiyyəti strukturlara müraciətlər göndərilib: “Müvafiq idarələrlə birlikdə yaranmış problemlərin aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilir” pic.twitter.com/D6YeyPTz10

Kaynak: haqqin.az

Diğer Haberler