Ebola virusuna yoluxmuş amerikalı həkim Almaniyada müalicə olunduqdan sonra sağalıb
17 gün davam edən müalicədən sonra xəstə xəstəxanadan buraxılıb və vəziyyəti yaxşı qiymətləndirilir. 39 yaşlı cərrah Piter Stafford, Serj xristian missioner təşkilatında işləyirdi. Həkimlərin dediyinə görə, o, Konqo DR-də əməliyyat zamanı yoluxub Xəstə mayın 20-də xəstəliyin ağır simptomları və yük

17 gün davam edən müalicədən sonra xəstə xəstəxanadan buraxılıb və vəziyyəti yaxşı qiymətləndirilir. 39 yaşlı cərrah Piter Stafford, Serj xristian missioner təşkilatında işləyirdi. Həkimlərin dediyinə görə, o, Konqo DR-də əməliyyat zamanı yoluxub Xəstə mayın 20-də xəstəliyin ağır simptomları və yüksək virus yükü ilə Charite klinikasına daxil olub. Alman mütəxəssislər antiviral terapiya, dəstəkləyici müalicə və hələ də klinik sınaqdan keçən eksperimental dərmanlardan istifadə ediblər Həkimlər bildirdilər ki, mayın 30-na kimi virus artıq xəstənin bədənində aşkar edilmir. Müalicə kursunu başa vuran həkimlər onun tam sağaldığını təsdiqləyiblər Son epidemiya Ebola virusunun nadir ştammı Bundibugyo ilə əlaqələndirilir. Bu variant üçün təsdiq edilmiş peyvənd və ya spesifik müalicə hələ mövcud deyil Onun həyat yoldaşı və uşaqları həkimlə birgə karantinə alınıb. Onlar yüksək riskli əlaqələr hesab olunurdu. Həkim müşahidəsindən sonra məhdudiyyətlər götürülüb və ailə xəstəlik əlamətləri olmadan karantindən çıxıb Bu arada ÜST, Mərkəzi Afrikada 500-ə yaxın Ebola virusuna yoluxma halının təsdiqləndiyini bildirdi Nəzərinizə çatdıraq ki, Ebola bədən mayeləri və yoluxmuş insanlarla yaxın təmas yolu ilə ötürülür. Xəstəlik ən təhlükəli viral infeksiyalardan biri hesab olunur və çox vaxt ölümlə nəticələnir Daha əvvəl bildirilmişdi ki, ÜST Ebola epidemiyası ilə mübarizə üçün 518 milyon dollarlıq proqrama başlayır


