Tenqri
Ana Səhifə
Dünya

Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti başa çatıb və əldə olunan ipəkqurduların mayın 7-dən etibar

0 baxışazertag.az
Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır
Paylaş:

Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Çindən alınaraq ölkəmizə gətirilən hibrid ipəkqurdu sənaye toxumunun (qrena) 450 qutusu Zaqatala rayonundakı yaş barama qəbulu və qurutma məntəqəsində inkubasiyaya qoyulub. Toxumların inkubasiya müddəti başa çatıb və əldə olunan ipəkqurduların mayın 7-dən etibarən bölgü əsasında rayonun kümçülərinə paylanmasına başlanılıb. Proses mayın 8-də yekunlaşacaq Məntəqənin müdiri Faiq Köngülov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, cari mövsümdə barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb Onun sözlərinə görə, barama istehsalçıları mövsümə ciddi hazırlaşıblar. İpəkqurdunun yemlənməsi üçün ailə təsərrüfatlarında zəruri şəraiti olan yardımçı tikililər, xüsusi yerlər ayrılaraq dezinfeksiya olunub, rəflər quraşdırılıb 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler

Zaqatalalı kümçülərə ipəkqurdu paylanılır | Tenqri