Zaqatalada mövsümün ilk günündə 712,5 kiloqram yaş barama təhvil verilib
İyunun 9-da Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən barama qəbulu və qurutma məntəqəsinə kümçülər tərəfindən 712,5 kiloqram yaş barama təhvil verilib AZƏRTAC-ın bölgə müxbiri məntəqədə olub, kümçülərdən yaş baramanın qəbulu prosesi

İyunun 9-da Zaqatala rayonunda istehsalçılardan yaş barama tədarükünə başlanılıb. Mövsümün ilk günündə rayonda yerləşən barama qəbulu və qurutma məntəqəsinə kümçülər tərəfindən 712,5 kiloqram yaş barama təhvil verilib AZƏRTAC-ın bölgə müxbiri məntəqədə olub, kümçülərdən yaş baramanın qəbulu prosesi ilə maraqlanıb Müəssisənin direktoru Faiq Köngülovun sözlərinə görə, builki mövsümdə Zaqatala rayonunda yaş barama istehsalının 18 tona çatdırılması qarşıya hədəf qoyulub. Barama yetişdirmək üçün 270-dək kümçü ilə müqavilə bağlanılıb, onlara 450 qutu, yəni 8 kiloqram 550 qram ipəkqurdu paylanılıb. Əvvəlki illərdə olduğu kimi, bu il də ipəkqurdu toxumu məntəqənin özündə inkubasiya olunub Rayon üzrə cari mövsümün ilk məhsulunu müəssisəyə Mosul kənd sakini Səbuhi Əsgərov təhvil verib. Onun gətirdiyi yaş barama elektron tərəziyə qoyulub və məhsulun çəkisi 104 kiloqram gəlib Kümçü AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, baramaçılıq gəlirli sahə olduğundan, uzun illərdir barama yetişdirməklə məşğul olur. Bu il müəssisədən 2 qutu, yəni 38 qram ipəkqurdu götürüb, 100 kiloqramdan çox yaş barama istehsal etməyi qarşıya məqsəd qoyub və proqnoza əməl edib Mosul kənd ərazi icra nümayəndəsi Elman Sulxayevin sözlərinə görə, cari mövsümdə kənddə 8 kümçü ailəsinə 20 qutu ipəkqurdu paylanılıb. Bu il kənd üzrə yaş barama istehsalının 900 kiloqrama çatacağı gözlənilir Rayonun Yuxarı Tala kəndindən İlqar Əhmədli isə mövsümün ilk günündə məntəqəyə 70 kiloqram yaş barama təhvil verib. Bu il həmin kənddə 6 ailə baramaçılıqla məşğul olur. Onlara 15 qutu, yəni 285 qram ipəkqurdu paylanılıb. Kəndin kümçüləri 700 kiloqramadək yaş barama istehsal etməyi planlaşdırırlar Məntəqədə yaş baramanın qəbulu “Azəripək” ASC-nin tədarük üzrə mütəxəssisinin iştirakı ilə həyata keçirilir. Cəmiyyətin məsul nümayəndəsi İlqar Nazarovun bildirdiyinə görə, kümçülərdən tədarük olunan yaş baramanın keyfiyyəti tələb olunan səviyyədədir Qeyd edək ki, builki mövsümdə respublikanın 40 rayonunda, həmçinin Naxçıvan Muxtar Respublikasının rayonlarında barama yetişdirilib. Kümçülərə əvəzsiz olaraq 6491 qutu ipəkqurdu paylanılıb. İpəkqurdu toxumunun inkubasiyası Qax Damazlıq İpəkçilik Stansiyasında, həmçinin Zərdab və Zaqatala rayonlarındakı baramaqurutma müəssisələrində həyata keçirilib Ötən il olduğu kimi, builki mövsümdə də istehsal olunmuş yaş barama müvafiq qurum tərəfindən 5 manata təhvil alınacaq, dövlət isə hər kiloqram yaş baramaya görə kümçülərə 6 manat subsidiya ödəyəcək 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


