Tenqri
Ana Səhifə
Dünya

Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb

Zaqatala rayonunun Yuxarı Cardaxlar kəndində 2 nəfəri ilan sancıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onlardan 1-i ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir Belə ki, Yuxarı Çardaxlar kənd sakini, 39 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da ə

0 baxışazertag.az
Zaqatalada 2 nəfəri ilan sancıb, onlardan 1-i ölüb
Paylaş:

Zaqatala rayonunun Yuxarı Cardaxlar kəndində 2 nəfəri ilan sancıb AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, həkimlərin səylərinə baxmayaraq, onlardan 1-i ölüb, digərinin müalicəsi xəstəxanada davam etdirilir Belə ki, Yuxarı Çardaxlar kənd sakini, 39 yaşlı Murad Məhəmməd oğlu Qurbanov iyunun 10-da əkin sahəsində təsərrüfat işləri ilə məşğul olarkən ilan onu sancıb. M.Qurbanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərilib, lakin vəziyyəti ağır olduğundan o, müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki Kliniki Tibbi Mərkəzə göndərilib. Həkimlərin səyinə baxmayaraq, o, ötən gün müalicə aldığı tibb müəssisəsində vəfat edib Bu gün isə Yuxarı Çardaxlar kəndində daha bir ilancancma faktı qeydə alınıb. Kənd sakini, 34 yaşlı İsmayıl Cuma oğlu Lələyevi yaşadığı evin həyətyanı sahəsində ilan sancıb. O, Zaqatala RMX-yə yerləşdirlib. İ.Lələyevə ilkin tibbi yardımlar göstərilib. Həkimlər xəstənin vəziyyətini nəzərə alaraq onu müalicəsini davam etdirmək üçün Bakıdakı Kliniki Tibbi Mərkəzə göndərmək qərarına gəliblər 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Kaynak: azertag.az

Diğer Haberler