Rusiya Federasiyasından təyyarə yanacağının ixracına qoyulan qadağa Mərkəzi Asiyaya təsir edəcək - ekspert
Rusiya aviasiya kerosininin ixracına müvəqqəti qadağa tətbiq edib və bu qadağa ən azı 2026-cı il noyabrın 30-dək qüvvədə olacaq. Məhdudiyyət birja hərraclarında alınan aviasiya yanacağına da şamil edilir “The Insider” bazar iştirakçılarına istinadən xəbər verir ki, qadağa ilk növbədə Mərkəzi Asiya

Rusiya aviasiya kerosininin ixracına müvəqqəti qadağa tətbiq edib və bu qadağa ən azı 2026-cı il noyabrın 30-dək qüvvədə olacaq. Məhdudiyyət birja hərraclarında alınan aviasiya yanacağına da şamil edilir “The Insider” bazar iştirakçılarına istinadən xəbər verir ki, qadağa ilk növbədə Mərkəzi Asiya ölkələri və Türkiyəni əhatə edə bilər. London şirkətlərindən birinin treyderinin sözlərinə görə, 2025-ci ildə Rusiya gündə orta hesabla 30 min barel təyyarə yanacağı ixrac edib və Türkiyə 2026-cı ilin əvvəlində əsas alıcı olaraq qalıb Ekspert qeyd edib ki, Rusiya dünya bazarının təqribən 2-4%-ni təmin etməklə dünyanın ən böyük aviasiya yanacağı istehsalçılarından biridir. İxracın müvəqqəti məhdudlaşdırılması qərarı Ukrayna pilotsuz təyyarələrinin neft emalı infrastrukturuna davamlı hücumları fonunda daxili bazarın sabitləşdirilməsi zərurəti ilə əlaqələndirilir Nəşrin həmsöhbətinin sözlərinə görə, dəyən ziyana görə Rusiyanın neft emalı güclərinin təxminən dörddə biri müvəqqəti olaraq istismardan çıxarılıb ki, bu da neft emalı həcmlərinin nəzərəçarpacaq dərəcədə azalmasına səbəb olub Özbəkistanın Energetika Nazirliyi bəyan edib ki, Rusiya tərəfindən tətbiq edilən məhdudiyyətlər respublikaya təyyarə yanacağının idxalına təsir etməyəcək "Təqdim olunan müvəqqəti qadağa hökumətlərarası sazişlər üzrə tədarüklərə şamil edilmir. Özbəkistan və Rusiya arasında müvafiq hökumətlərarası saziş var, ona görə də məhdudiyyətlər təyyarə yanacağının ölkəyə idxalına təsir etməyəcək", - departamentdən bildiriblər Səhv tapsanız, lütfən, mətn parçasını seçin və Ctrl+Enter düymələrini basın


