Zəngəzur dəhlizi Şimal-Cənub və Şərq-Qərb marşrutlarının əsas hissəsinə çevriləcək - Şahin Mustafayev
BAKI, Azərbaycan, 15 may. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm tərkib hissəsi kimi bütün region üçün strateji əhəmiyyətə malikdir, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam Dünyası: KazanForum-2026" Beynəlxalq İqtisadi Forumunda deyib "Hazır

BAKI, Azərbaycan, 15 may. Zəngəzur dəhlizi Şərq-Qərb və Şimal-Cənub marşrutlarının mühüm tərkib hissəsi kimi bütün region üçün strateji əhəmiyyətə malikdir, bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev "Rusiya — İslam Dünyası: KazanForum-2026" Beynəlxalq İqtisadi Forumunda deyib "Hazırda Araz çayı üzərindən avtomobil körpüsünün və müvafiq keçid məntəqələrinin tikintisi başa çatmaq üzrədir. Obyekt istifadəyə verildikdən sonra o, beynəlxalq nəqliyyat marşrutlarının tam hüquqlu hissəsinə çevriləcək", - deyə baş nazirin müavini bildirib Mustafayev, həmçinin 10 ilə yaxındır ki, daşımaları uğurla təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu marşrutunun əhəmiyyətini qeyd edib və regional layihələr başa çatdıqdan sonra səmərəli və dayanıqlı dəmir yolu şəbəkəsinin yaradılacağını vurğulayıb
