Tenqri
Ana Səhifə
Dünya

Müdafiə nazirinin müavini Qurbanov Türkiyədə görüşlər keçirib - FOTO

Azərbaycan müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti SAHA EXPO-2026 beynəlxalq müdafiə və aerokosmik sənaye sərgisində iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə olub Müdafiə Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, səfər çərçivəsində nüm

0 baxışcaliber.az
Müdafiə nazirinin müavini Qurbanov Türkiyədə görüşlər keçirib - FOTO
Paylaş:

Azərbaycan müdafiə nazirinin müavini - baş direktor Aqil Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti SAHA EXPO-2026 beynəlxalq müdafiə və aerokosmik sənaye sərgisində iştirak etmək üçün Türkiyədə işgüzar səfərdə olub Müdafiə Nazirliyindən Caliber.Az-a verilən məlumata görə, səfər çərçivəsində nümayəndə heyətinin müdafiə sektorunun yüksək vəzifəli nümayəndələri, o cümlədən Türkiyənin milli müdafiə naziri Yaşar Gülər, ölkənin Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün, eləcə də Böyük Britaniyanın müdafiə məsələləri üzrə dövlət naziri Vernon Koaker ilə bir sıra görüşləri olub. Danışıqlarda tərəflər hərbi və hərbi-texniki əməkdaşlığın hazırkı vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər Nümayəndə heyəti hərbi aviasiya, aeronavtika, süni intellekt texnologiyaları və kosmik tədqiqatlar sahəsində aparıcı beynəlxalq şirkətlərin məhsul nümunələri ilə tanış olub. Aqil Qurbanov Almaniya, Sudan, Böyük Britaniya, Vyetnam və İtaliyanın müdafiə idarələri və hərbi sənaye komplekslərinin nümayəndələri, ASELSAN, Baykar, Roketsan, TUSAŞ və ARCA Savunma şirkətlərinin rəhbərliyi ilə görüşüb, hərbi-texniki əməkdaşlığın mümkün sahələri müzakirə edilib Sərgidə ölkəmizin Müdafiə Nazirliyinin tərkibinə daxil olan MİRAS hərbi sənaye şirkətinin stendi nümayiş etdirilib

Kaynak: caliber.az

Diğer Haberler