Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycanla əlaqələrin inkişafı üzrə müavini
Rusiya Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə diqqət yetirir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF-2026) çərçivəsində keçirilən "Rusiya - Azərbaycan" sessiyasında deyib Onun sözl

Rusiya Azərbaycanla əlaqələrin daha da dərinləşməsinə diqqət yetirir Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu (SPİEF-2026) çərçivəsində keçirilən "Rusiya - Azərbaycan" sessiyasında deyib Onun sözlərinə görə, SPİEF-in gündəliyində Rusiya-Azərbaycan münasibətləri mövzusunun olması Rusiya ilə Azərbaycan arasında münasibətlərin xüsusi xarakterindən xəbər verir M.Qaluzin vurğulamışdır ki, Rusiya və Azərbaycanı ənənəvi dəyərlərə sadiqlik və Cənubi Qafqaz regionunda və Xəzər dənizində sabitliyə görə məsuliyyət birləşdirir “Rusiya-Azərbaycan dialoqu “Böyük Avrasiya Tərəfdaşlığı” təşəbbüsü, o cümlədən siyasi dialoq, iqtisadiyyatların inteqrasiyası, ödəniş sistemlərinin inkişafı və investisiya qarşılıqlı fəaliyyəti çərçivəsində inkişaf edir” Xarici işlər nazirinin müavini dövlətlərarası əlaqələrin, o cümlədən parlamentlərarası qarşılıqlı fəaliyyətin və aprel ayında Zəngilanda iclası keçirilmiş iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın fəaliyyətinin fəal inkişaf etdiyini qeyd edib “Görüş nəticəsində ticarət dövriyyəsinin, investisiya əməkdaşlığının və sənaye kooperasiyasının artırılması üzrə tədbirlər kompleksi hazırlanıb, Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında Rusiya biznesinin bərpa layihələrində iştirak imkanları müəyyən edilib”, - deyə o bildirib Onun sözlərinə görə, hazırda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin qərb marşrutunun inkişafı üzrə işlər aparılır, həmçinin 2028-ci ilədək tranzitin 5 milyon tona çatdırılması üçün tədbirlər hazırlanır M.Qaluzin qeyd edib ki, Azərbaycan regionda nəqliyyat marşrutlarının uğurlu inkişafı ilə Avrasiya məkanının əsas nəqliyyat və logistika mərkəzinə çevrilə bilər Onun sözlərinə görə, tərəflər sənaye kooperasiyası, gəmiqayırma və ərzaq məhsullarının tədarükünün genişləndirilməsi sahəsində əməkdaşlığı davam etdirirlər Xarici işlər nazirinin müavini qeyd edib ki, Rusiya Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasını asanlaşdırmağa hazırdır ki, bu da mal, nəqliyyat və investisiya bazarlarına çıxışı genişləndirəcək Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin

