Zakir Nuriyev: Nağdsız ödənişlərin kart əməliyyatlarında payı 70 faizə yaxınlaşıb
2026-cı ilin ilk dörd ayında ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 49,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% çoxdur "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda k

2026-cı ilin ilk dörd ayında ödəniş kartları ilə aparılan əməliyyatların ümumi həcmi 49,4 milyard manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə təxminən 11% çoxdur "APA-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev Bakıda keçirilən "Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026"da çıxışı zamanı bildirib Onun sözlərinə görə, kartlarla həyata keçirilən nağdsız əməliyyatların həcmi bir il ərzində 29,9 milyard manatdan 34,5 milyard manata yüksəlib. Nəticədə nağdsız ödənişlərin ümumi kart əməliyyatlarındakı payı 67,1%-dən 69,9%-ə çatıb O həmçinin qeyd edib ki, 2026-cı ilin aprel ayının sonuna bank sektorunun depozit portfeli 37,8 milyard manatı ötərək illik müqayisədə 2,8% artıb: "Fiziki şəxslərin depozitləri daha yüksək dinamika nümayiş etdirərək 18,7% artıb və 17,3 milyard manata çatıb. Bu göstərici əhalinin bank sisteminə inamının qorunduğunu və bankların resurs bazasının daha da möhkəmləndiyini göstərir", - deyə o vurğulayıb
Diğer Haberler

Kılıçdaroğlu qrup toplantısı böhranından sonra qərargahda danışdı: Biz təmizlənəcəyik, mütləq etibarsızlıq davasını bu partiyanın başına gətirənlərdən hesab çəkməsəm şərəfsiz olaram! | T24

Ədliyyə qarşısında kədərlənən ana: Presedent qərar istəyirik
