Zakir Həsənov Slovakiyada - FOTO
Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Konfransda iştirak edib və IDEB Müdafiə və Təhlükəsizlik Sərgisində (International Defense Exhibition Bratislava) olub Sərgidə nümayiş etdirilən müdafiə sənayesi məhsul

Slovakiya Respublikasında rəsmi səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Beynəlxalq Konfransda iştirak edib və IDEB Müdafiə və Təhlükəsizlik Sərgisində (International Defense Exhibition Bratislava) olub Sərgidə nümayiş etdirilən müdafiə sənayesi məhsulları ilə tanışlıqdan sonra robot texnikası vasitəsilə təkmilləşdirilmiş partlayıcı qurğunun zərərsizləşdirilməsi nümayiş etdirilib, “Patron FPV” PUA-sı ilə təkərli və tirli avtomobillərə hücum nümayiş etdirilib Səfər çərçivəsində general-polkovnik Zakir Həsənov Çex Respublikasının Baş nazirinin müavini, müdafiə naziri Yaromir Zuna ilə görüşüb. Görüş zamanı tərəflər ikitərəfli əməkdaşlığın inkişaf perspektivlərini müzakirə ediblər


