Zakir Fərəcov vətəndaşların müraciətlərini yerində dinlədi
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin müxtəlif yaşayış məntəqələrində vətəndaşlarla keçirilən səyyar görüşlər davam etdirilir. Növbəti səyyar qəbul Sumqayıt şəhərinin 2-ci məhəllə ərazisində təşkil olunub Publika.az xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra H

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən şəhərin müxtəlif yaşayış məntəqələrində vətəndaşlarla keçirilən səyyar görüşlər davam etdirilir. Növbəti səyyar qəbul Sumqayıt şəhərinin 2-ci məhəllə ərazisində təşkil olunub Publika.az xəbər verir ki, görüşdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhərdə fəaliyyət göstərən idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələrinin üzvləri, qazilər, eləcə də sakinlər iştirak ediblər Səyyar qəbulun əsas məqsədi vətəndaşları narahat edən məsələlərin yerində öyrənilməsi, problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlarla birgə tədbirlərin görülməsi olub Qəbul zamanı sakinlər tərəfindən məşğulluq imkanları, sosial təminat, məhəllədaxili abadlıq işləri, infrastrukturun yenilənməsi, sosial məsələlər və digər mövzularla bağlı müxtəlif müraciətlər səsləndirilib. Vətəndaşların qaldırdığı məsələlərin bir qismi şəhər rəhbərinin göstərişi əsasında yerindəcə öz həllini tapıb. Əlavə araşdırma və icra mexanizmi tələb edən digər müraciətlər isə aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb, onların qanunvericiliyin tələblərinə uyğun şəkildə operativ həlli istiqamətində müvafiq göstərişlər verilib Bildirilib ki, Sumqayıtda həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq, yenidənqurma və infrastruktur layihələri şəhərin sosial-iqtisadi inkişafına, sakinlərin rahatlığının və rifahının yüksəldilməsinə xidmət edir Görüşdə iştirak edən sakinlər şəhərdə son illər aparılan abadlıq və yenidənqurma işlərini yüksək qiymətləndirərək, onların müraciətlərinə diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər Dövlət Komitəsində Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş tədbir keçirildi Buraxılış imtahanının nəticələri elan olundu “Azərişıq” və “Ticarət Şəbəkələrinin İnkişafı” nümayəndələri arasında görüş - Fotolar Qlobal əməkdaşlıq: Əfsanəvi supermodellər sosial mediada eksklüziv seçimlərini təqdim edir - FOTO Xanlar Vəliyevin qardaşı vəzifədən azad edildi - FOTO Əli Əsədov əmr imzaladı Lopez hamamdan çılpaq paylaşım etdi: 56 yaşlı məşhur gözəllik sirrini açıqladı - VİDEO Buraxılış imtahanının nəticələri elan olundu Əli Əsədov əmr imzaladı Baş nazirdən yeni qərar Orta Asiyadan Moskvada heç kim olmayacaq - Mirziyoyev də imtina etdi Elza tanınmış blogeri də məhkəməyə verdi - FOTO Atlantik okeanının ortasındakı kabusdan danışdı: Biz də insanıq Ermənistanda əmr verildi: Ağrı dağı bütün loqolardan çıxarılsın - Təcili


