Zahid Oruc: Cənubi Qafqazda formalaşan yeni reallıqlar məhz Bakının təşəbbüsləri və strateji baxışı əsasında qurulur
Azərbaycanın beynəlxalq siyasi çəkisinin artması təkcə regional deyil, qlobal aktorlar tərəfindən də açıq şəkildə qəbul olunur. İtaliyanın Baş naziri Ciorcia Meloninin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kalla

Azərbaycanın beynəlxalq siyasi çəkisinin artması təkcə regional deyil, qlobal aktorlar tərəfindən də açıq şəkildə qəbul olunur. İtaliyanın Baş naziri Ciorcia Meloninin və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın Bakıya səfərləri təsadüfi deyil. Bu səfərlər İkinci Qarabağ müharibəsindən sonra Azərbaycanın 1990-cı illərdən bəri formalaşmış işğal geosiyasətini köklü şəkildə dəyişdirməsi ilə birbaşa əlaqəlidir və regionda yaranmış yeni siyasi reallıqların beynəlxalq səviyyədə qəbulunun göstəricisidir. Qələbədən sonra Azərbaycan yalnız hərbi deyil, siyasi və iqtisadi güc mərkəzinə çevrilib Bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc söyləyib O bildirib ki, bu gün Cənubi Qafqazda formalaşan yeni reallıqlar məhz Bakının təşəbbüsləri və strateji baxışı əsasında qurulur Bu baxımdan İtaliya Baş nazirinin Ermənistanda keçirilən "Avropa Siyasi Birliyi"nin 8-ci Zirvə toplantısından sonra Bakıya səfər etməsi ciddi siyasi mesajdır. Azərbaycanın regionun əsas aktoru olduğunu və böyük güclərin bölgə ilə bağlı qərarlarında Bakının mövqeyi ilə hesablaşdıqları aydın görünür “Prezident İlham Əliyevin "Cənubi Qafqazda sülh gündəliyinin müəllifi Azərbaycandır" fikri ölkəmizin regiondakı həlledici rolunu təsdiq etməklə yanaşı, həm də qlobal miqyasda yeni təhlükəsizlik arxitekturasının əsas düsturu kimi çıxış edir Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin də açıqlaması diqqətəlayiqdir. Kaya Kallas əməkdaşlıq və sabitlik üzərində qurulan əlaqələrdən danışarkən bildirir ki, Azərbaycan Avropa üçün vacib enerji tərəfdaşıdır və əməkdaşlığı daha da gücləndirmək niyyətindəyik. Cənubi Qafqazda sabitlik Avropa İttifaqı üçün strateji əhəmiyyət daşıyır və regionda davamlı sülhün əldə olunması üçün dialoq və əməkdaşlıq əsas şərtdir. Göründüyü kimi, Avropa İttifaqı Azərbaycan liderinin sülh gündəliyini, yeni arxitektura quruculuğunu müdafiə edir və onu Brüssel lobbiçilərinin çirkli maraqlarına qurban vermək fikrində deyil Regionda dəyişən geosiyasi dinamika fonunda Azərbaycanın rolu getdikcə daha çox əhəmiyyət qazanır. Qərbin İran ətrafında artan gərginliklə üz-üzə qalması, Yaxın Şərqdə davam edən qeyri-sabitlik və enerji təhlükəsizliyi ilə bağlı narahatlıqlar Avropanı daha etibarlı və sabit tərəfdaşlarla əməkdaşlığı genişləndirməyə vadar edir. Bu kontekstdə Azərbaycan həm strateji mövqeyi, həm də enerji resursları ilə ön plana çıxaraq Qərb üçün mühüm tərəfdaş kimi çıxış edir Ölkəmiz sabit və proqnozlaşdırılabilən tərəfdaş kimi ön plana çıxır İkincisi, Cənub Qaz Dəhlizi vasitəsilə təbii qazın Avropaya çatdırılması qitənin enerji diversifikasiyası baxımından həyati əhəmiyyət kəsb edir. Əməkdaşlığın genişləndirilməsi Kaya Kallasın səfərinin əsas gündəlik mövzularından biridir Üçüncüsü, nəqliyyat və logistika marşrutlarıdır. Orta Dəhliz Azərbaycanın Avropa ilə Asiya arasında körpü rolunu daha da gücləndirir. Marşrutlar təkcə iqtisadi deyil, həm də geosiyasi əhəmiyyət daşıyır", - deyə Z.Oruc vurğulayıb Deputatın sözlərinə görə, İrəvandakı sammitdə videoformatında çıxış edən Prezident İlham Əliyevin nitqi nəinki son iki yüzillik münasibətlər kontekstində qalib Azərbaycan Liderinin təkcə keçmişin sahibi deyil, həm də gələcəyin əsas müəyyənləşdiricisi və qurucusu obrazını bir daha dünyaya nümayiş etdirdi. Ona görə də Nikol Paşinyan Zirvə toplantısının yekununda çıxış edərkən, Prezident İlham Əliyevin videoformatda iştirakına görə təşəkkürünü bildirərək və Bakının sülh narrativlərini faktiki olaraq təsdiqləyərək, Xəzər, Aralıq və Fars körfəzi arasında regional qovşaq siyasətinin yürüdüldüyünü vurğuladı "Regionda sabitliyin təmin olunması baxımından diplomatik təmaslar mühüm rol oynayır. Azərbaycan artıq təkcə öz maraqlarını müdafiə edən ölkə deyil, həm də regional sabitliyin təminatçısı kimi çıxış edir. ABŞ-nin regionda sülh təşəbbüslərində iştirakı və Azərbaycanın formalaşdırdığı yeni təhlükəsizlik arxitekturası bunu bir daha sübut edir Həm C.Meloninin, həm də K.Kallasın səfərləri Azərbaycanın artan strateji əhəmiyyətinin, onun qurduğu yeni geosiyasi reallıqların və beynəlxalq münasibətlər sistemində tutduğu mövqenin bariz nümunəsi, Cənubi Qafqazda yalnız iştirakçı deyil, prosesləri yönləndirən əsas aktor olduğunun sübutudur Gələcəkdə ölkəmizin beynəlxalq təsir imkanları daha da güclənəcək", - deyə Komitə sədri əlavə edib 2026 © AZƏRTAC. Müəllif hüquqları qorunur. Məlumatdan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


