Zaxarova Azov dənizində azərbaycanlı dənizçilərin olduğu gəmilərə hücum haqqında
Azov dənizində Azərbaycan dənizçilərini daşıyan gəmilərə pilotsuz təyyarələrin hücumu ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayır Day.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirl

Azov dənizində Azərbaycan dənizçilərini daşıyan gəmilərə pilotsuz təyyarələrin hücumu ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayır Day.Az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Azov dənizində "Natra" və "Zirkon" gəmilərinə hücumla bağlı şərhində deyilir “Rusiyanın səlahiyyətli orqanlarından əldə etdiyimiz məlumata görə, iyunun 5-də səhər tezdən Azov dənizində Türkiyədən Rostov-na-Don limanına Beliz və Palau bayraqları altında hərəkət edən “Natra” və “Zirkon” motorlu gəmilərinə hücum edilib, hər iki gəmidə ölən və yaralananlar, o cümlədən Azərbaycan Respublikası vətəndaşları və gəmilərə yardım edən Rusiya vətəndaşları olub. Rusiyanın sərhəd dəstəsi həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk” Onun sözlərinə görə, hadisənin baş vermə şəraiti aydınlaşdırılır "Biz Azərbaycanın Moskvadakı səfirliyi və Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə sıx əlaqə saxlayırıq. Rusiya tərəfi partnyorlara insidentin halları barədə məlumatların əldə edilməsində və Azərbaycan vətəndaşlarının konsulluq imkanlarının təmin edilməsində bütün lazımi köməkliyi göstərəcək", - Zaxarova əlavə edib Azov dənizində azərbaycanlı dənizçilərin olduğu iki gəminin pilotsuz təyyarələrin hücumuna məruz qalması barədə daha əvvəl məlumat vermişdik Mətndə xəta gördünüz? Mətni seçin və klaviaturanızda Ctrl + Enter düymələrini basaraq bizə bildirin


